12 Dekabr 2025 15:16
501
CƏMİYYƏT
A- A+
Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  

Psixologiya Elmi- Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  


Psixologiya Elmi Tədqiqat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov geniş məruzə ilə  çıxış edib. O, nitqində bildirib:

“Bu gün biz yalnız böyük bir dövlət xadimini deyil, Azərbaycan xalqının psixoloji taleyini dəyişmiş bir Lideri – Ümummilli Lider Heydər Əliyevi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Bu anım günü tarixlə yanaşı, xalqımızın yaddaşında, duyğularında və milli şüurunda yaşayan böyük bir şəxsiyyətin xatırlanmasıdır.

Heydər Əliyev xalqını təkcə idarə etmədi – o, xalqına inandı və xalqına özünə inanmağı öyrətdi. Psixologiyada yaxşı bilirik ki, böhran dövrlərində cəmiyyət üçün ən böyük təhlükə ümidsizlik və qorxudur. Ulu Öndərin liderliyi məhz bu qorxunu ümidlə, qeyri-müəyyənliyi isə sabitliklə əvəz edən nadir liderlik nümunəsi idi.

Liderlik psixologiyası prizmasından Heydər Əliyev emosional baxımdan balanslı, qərarlarında ardıcıl və xalqına psixoloji təhlükəsizlik hissi bəxş edən lider idi. O, cəmiyyətə nə baş verəcəyini deyil, nəyə inanmaq lazım olduğunu göstərirdi ki, bu da liderin psixoloji gücünün ən yüksək göstəricisidir.

Şəxsiyyət psixologiyası baxımından Ulu Öndərin daxili intizamı, yüksək məsuliyyət hissi və milli maraqlara sarsılmaz bağlılığı onun yetkin şəxsiyyət modelini formalaşdırırdı. O, emosiyalarla deyil, dəyərlərlə hərəkət edən lider idi və qərarları uzunmüddətli sabitlik üçün hesablanmışdı.

Heydər Əliyevin fəaliyyətində sosial psixologiyanın əsas mexanizmləri – kollektiv kimliyin qorunması, milli birliyin gücləndirilməsi və cəmiyyətin daxili dayanıqlığının yaradılması – aydın şəkildə özünü göstərirdi. Onun ‘Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur’ fikri yalnız siyasi mövqe deyildi, milli yaddaşı oyaq saxlayan güclü psixoloji çağırış idi.

Bu gün qürurla deyə bilərik ki, Ulu Öndərin ideyaları layiqli davamçısı tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Heydər Əliyev siyasi irsini müasir çağırışlara uyğun inkişaf etdirərək tarixi Zəfərlə tamamladı. 44 günlük Vətən müharibəsi dövründə xalq–lider birliyinin yaratdığı psixoloji güc göstərdi ki, bu liderlik modeli cəmiyyəti ən çətin sınaqlarda belə ruhdan düşməyə qoymur.

Bu gün Azərbaycan cəmiyyəti yalnız qalib dövlətin vətəndaşı deyil, həm də qalib psixologiyanın daşıyıcısıdır. Bu psixoloji gücün təməlini Heydər Əliyev qoymuş, onu real tarixi nəticəyə çevirən isə Prezident İlham Əliyev olmuşdur.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bizim missiyamız bu liderlik modelini elmi müstəvidə araşdırmaq, gənc nəslə ötürmək və milli psixoloji dəyərlər sisteminin bir hissəsi kimi yaşatmaqdır. Çünki güclü dövlətin arxasında həmişə psixoloji baxımdan güclü cəmiyyət dayanır.

Bu gün Ulu Öndəri yad edərkən bir daha anlayırıq ki, onun bizə miras qoyduğu ən böyük sərvət torpaqdan da, strukturlardan da öncə xalqına bəxş etdiyi inam, ləyaqət və milli özünüdərk hissidir. Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq və onun siyasi-psixoloji irsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətini daha güclü gələcəyə aparmaqda davam edəcək”.

Tədbirdə çıxış edən institut əməkdaşları da  Heydər Əliyev irsinin Azərbaycan cəmiyyətinin psixoloji inkişafında oynadığı mühüm roldan danışıblar. Çıxışçılar ulu öndərin dövlətçilik fəlsəfəsinin bu gün də elmi, sosial və psixoloji aspektlərdə aktuallığını qoruduğunu vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub  

17:20
23 Yanvar

“New Glenn”in üçüncü uçuşu fevralın sonuna planlaşdırılır  

17:19
23 Yanvar

“TikTok”un ABŞ strategiyası dəyişdi  

17:18
23 Yanvar

Temperaturun düşməsi okeanda kalsium səviyyəsinin kəskin azalması ilə əlaqələndirilir  

17:17
23 Yanvar

“Bakı–Xankəndi” velosiped yarışına qatılacaq ölkələrin sayı 19-a çatıb  

17:15
23 Yanvar

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclası keçirilib

17:05
23 Yanvar

ADA Universitetində “Xarici Siyasət Proqramı”nı uğurla başa vuran diplomatlara sertifikatlar verilib  

17:01
23 Yanvar

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib  

16:50
23 Yanvar

Güzel Maitdinova: Tacikistan-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək üçün böyük potensial mövcuddur

16:42
23 Yanvar

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından  

16:31
23 Yanvar

Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici videoçarx hazırlayıb VİDEO

16:13
23 Yanvar

Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşların müraciətini dinləyib  

16:11
23 Yanvar

Prezident İlham Əliyevin region və dünya üçün sülh çağırışları

15:58
23 Yanvar

Ağdamda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub  

15:57
23 Yanvar

Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib  

15:52
23 Yanvar

Ötən il Azərbaycana 2 milyon 570 mindən çox turist gəlib  

15:43
23 Yanvar

Energetika naziri Masallıda vətəndaşlarla görüşüb  

15:41
23 Yanvar

Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək  

15:38
23 Yanvar

Media: Rumıniya Azərbaycan neftinin əsas alıcılarından birinə çevrilir  

15:34
23 Yanvar

Daxili İşlər Nazirliyində ötən ilin yekunları müzakirə edilib  

15:31
23 Yanvar

Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

15:21
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!