19 May 2023 10:35
5769
Oxucu məktubları
A- A+
Prezidentin sərəncamını Ramazan hədiyyəsi kimi qəbul etdik

Prezidentin sərəncamını Ramazan hədiyyəsi kimi qəbul etdik

 

Neçə illər idi olmazın əziyyət çəkirdik. Yolumuzun bərbad hala düşməsi nəticəsində evdən çıxıb ən vacib işimizin arxasınca getməyə həvəsimiz qalmamışdı. Təcili yardım maşınları belə yaşadığımız kəndə, habelə bizimlə qonşu olan yaşayış məntəqələrinə xəstə üstünə gəlməyə çətinlik çəkirdi. Yolumuzun pis vəziyyətdə olması adamların əsəbiləşməsi, narahatlığı ilə bərabər, maşınların çala-çuxurlara düşərək sınıb-dağılmasına da səbəb olurdu. 
Torpaq mülkiyyətçiləri, fermerlər böyük zəhmət, xərc hesabına yetişdirdiyi kənd təsərrüfatı məhsullarını nəinki Bakıya, Sumqayıta, heç qonşuluqdakı Salyan rayonunun bazar-dükanlarına da apara bilmir, əlacsız qalıb dəyər-dəyməzinə satmalı olurdular. Nəticədə kəndli çəkdiyi xərci güclə çıxarır və ya heç çıxara da bilmirdi. Onu da deyim ki, bu səbəblər üzündən kənd cavanları Bakıya üz tuturdular. 
Lakin müdriklərimiz "Hər qaranlıq gecənin bir işıqlı gündüzü var" deyiblər. Belə bir işıqlı gün bizim və haqqında söhbət açdığım yolun üstündə yerləşən kəndlərin də axır ki, üzünə doğdu. Prezident Ramazan bayramı axşamı, yəni 20 aprel 2023-cü il tarixdə "Neftçala rayonunun Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xolqarabucaq- Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzaladı. Bunun əhali tərəfindən hansı sevinc hissləri ilə qarşılandığını sözlə demək çətindir. 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə Prezident ilkin olaraq 7 milyon manat vəsait ayırmışdır. Deməliyəm ki, böyük işdir. Qarabağda aparılan genişmiqyaslı layihələrin, o cümlədən yol çəkilişi işlərinin həyata keçirildiyi bir zamanda digər bölgələrin, kənd və qəsəbələrin də diqqətdən qaçırılmaması müsbət haldır. 
Artıq yolun çəkilişinə start verilib. Bu xeyirxah işin icrasında əvvəlcədən əhalimiz adından yol inşaatçılarına uğurlar arzulayırıq, "əliniz-qolunuz yorulmasın!" deyirik. 

Abdulla ABDULLAYEV, 
Neftçala rayonu Qaçaqkənd kənd sakini 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!