Prezident Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə əlaqədar təşkil olunmuş mərasimdə iştirak edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə ölkənin Muş və Bitlis vilayətlərində təşkil olunan mərasimdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Bitlis vilayətinin Ahlat rayonu ərazisində ictimaiyyət qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin qazanılmasının tarixi əhəmiyyətindən, türk xalqının bu şanlı qələbəyə hər zaman yüksək dəyər verməsindən danışıb, xalqı bu şərəfli tarixin ildönümü münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycanın Ankaradakı Səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğu tərəfindən Ahlat rayonundakı bayram tədbirləri keçirilən bölgədə birgə qurulan çadırda üç gün ərzində Azərbaycan tarixinin və mədəniyyətinin tanıdılması istiqamətində böyük işlər görülüb.
Burada Azərbaycan tarixini və mədəniyyətini, vətənimizin əsrarəngiz gözəlliyini əks etdirən portretlər, maraqlı kitablar, istehsal məhsulları, milli geyimlər, suvenirlər nümayiş olunur. Ümumiyyətlə bu möhtəşəm məkanda təmsilçilik Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Yerli hakimiyyət orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri Azərbaycan çadırını ziyarət edib, ölkəmizə və xalqımıza məhəbbətlərini ən həssas yanaşmalarla tərənnüm ediblər.
Naxçıvan Dövlət Filarmoniyasının “Şuşa” muğam qrupunun möhtəşəm ifası maraqla qarşılanıb.
Tarixdən məlum olduğu kimi, Malazgirt döyüşləri 1071-ci il avqustunda baş verib. Bu savaşda Səlcuqlar və Bizans ordusu üz-üzə gəlib və döyüşdə Səlcuqlar rəşadətli qələbə qazanıblar. Böyük Səlcuk hökmdarı Alp Arslan ilə Bizans İmperatoru Romen Diyojen arasında gedən müharibənin avqustun 26-da səlcuqlu igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb. Bu zəfər sayəsində Səlcuqlarla Bizans arasında 50 illik müqavilə imzalanıb və beləliklə də Şərqi Anadolu torpaqları türklərə təslim edilib. Bəzi mənbələrdə göstərilir ki, bu qələbə münasibətilə Bağdad xəlifəsi Alp Arslanı təbrik edərək onu "İslamın nuru" adlandırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!