Prezident İlham Əliyevin geosiyasi gedişləri regionu təhlükəli kataklizmlərdən qoruyur
"Bu gün dünyanın münaqişə potensialı olduqca yüksəkdir. Müxtəlif yerlərdə açıq silahlı qarşıdurma vəziyyətləri müşahidə olunur. Bütün bunlara baxmayaraq, Azərbaycan mövcud olduğu regionda münaqişə potensialını əhəmiyyətli dərəcədə azaltmağı bacarıb".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, bu, müasir dövr üçün çox nadir hadisədir. Müxtəlif bölgələrdə münaqişələrin bir qayda olaraq davamlı qaldığını görürük, çünki bunda maraqlı tərəflər var. Bəzi dövlətlər münaqişələri öz maraqları çərçivəsində idarə edirlər və bu vəziyyət onların geosiyasi ambisiyalarına xidmət edir. Bu mənada xüsusi qeyd etmək lazımdır ki, ABŞ və Aİ də Azərbaycanla Ermənistan arasında gərginliyin daim qalmasında maraqlı olublar. Ermənistan məhz Qərbdən gələn tapşırıqlar əsasında Azərbaycana qarşı təxribatlarını davam etdirir. Keçmiş münaqişə vəziyyəti ilə bağlı hər zaman sərgilənən qeyri-obyektiv yanaşma bu vəziyyətin aradan qaldırılmasını əngəlləyib: "Ermənistan Azərbaycan torpaqlarını işğal edən zaman Qərb bunu gördüyü halda susurdu, üstəlik, təcavüzkara dəstək verirdi. Məsələn, 907-ci düzəliş Ermənistanı işğala daha da həvəsləndirdi. Bundan sonra da Qərb platformalarında Ermənistanın işğalçılıq siyasətinə dəstəyi müşahidə etdik. Münaqişənin predmetinə qərəzli, qeyri-obyektiv yanaşma var idi. Belə olan halda Azərbaycan danışıqların davam etdirilməsinin mənasızlığını gördü və torpaqlarını hərbi yolla işğaldan azad etdi. Bu zaman isə ölkəmizə qarşı siyasi hücumlar başladı. Bu, bir daha sübut etdi ki, kollektiv Qərb Cənubi Qafqazda münaqişə vəziyyətinin olmasında maraqlıdır və yeni reallıqla barışmaq istəmir. Təsadüfi deyil ki, ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi çağırışlarını eşidirdik".
Deputat bildirib ki, həmin qüvvələr ərazi bütövlüyünü təmin edən ölkəni dəstəkləmək əvəzinə ona qarşı qərəzli siyasi mövqelərin formalaşdırılmasına çalışırlar. Bu proses hələ də davam edir. Təbii ki, onlar məkrli planlarını həyata keçirmək üçün münaqişə vəziyyətinə ehtiyac duyurlar.
E.Mirbəşiroğlu qeyd edib ki, Prezident İlham Əliyev öz iradəsi ilə münaqişə vəziyyətini aradan qaldırmaqla Qərbin təhlükəli maraqlarına zərbə vurdu. Ona görə də Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirmək istəyirlər. Aprelin 5-də ABŞ-Aİ-Ermənistan görüşünün təşkili də olduqca təhlükəli məqamlara hesablanmışdı. Ermənistana ayrılan vəsait sadəcə olaraq fikri yayındırmağa xidmət edir. Pərdəarxası tamam fərqli məsələlərin müzakirə olunduğu şübhəsizdir. Məqsəd Ermənistanı Azərbaycana qarşı təxribata təhrik etmək, həvəsləndirməkdir.
Deputat bildirib ki, Ermənistan Qərbin əlindəki alət rolunu artıq təsdiq edib. Belə olan halda Azərbaycana qarşı təxribatlar törədərək cavab reaksiyasına nail olmaq istəyən Qərb ardınca Ermənistana təhlükəsizlik təminatının verilməsinin zəruriliyini meydana atmağa çalışır.
Azərbaycanın strateji baxışa malik, siyasi təmkin nümayiş etdirən bir liderə sahib olduğunu deyən deputatın sözlərinə görə, dövlət başçısının iradəsi, müdrik və düzgün siyasəti, geosiyasi gedişləri Cənubi Qafqaz regionunu təhlükəli siyasi kataklizmlərdən qoruyur: "Azərbaycan öz addımları ilə regiona sülh imkanlarını gətirdi, təhlükəsizlik arxitekturasının elementlərini formalaşdırdı. Bundan sonrakı mərhələdə də yaratmış olduğu imkanları qoruyacaq. Bunun üçün Azərbaycanın geosiyasi xətti, siyasi iradəsi və tələb olunan resurs potensialı var. Təbii ki, ölkəmizə qarşı məkrli planlar işə salınıb, lakin Azərbaycan bu planların qarşısını həm preventiv, həm situativ almaq qabiliyyətini hər zaman nümayiş etdirir. Cənubi Qafqaz regionu Azərbaycan dövlətinin və rəhbərinin iradəsi, gücü sayəsində təhlükəsiz məkan statusunu bundan sonra da qoruyub saxlayacaq".
Deputat vurğulayıb ki, dünyadakı bütün təlatümlərə, açıq silahlı qarşıdurmalara baxmayaraq, Azərbaycan cəmiyyəti dövlətin bütün təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə gördüyünə əmindir və özünü təhlükəsizlik şəraitində hiss edir. Çünki Azərbaycan nadir ölkələrdəndir ki, dünyada cərəyan edən olduqca təhlükəli proseslər fonunda milli maraqlarına uyğun uğurla manevr etməyi bacarır və dövlətin, xalqın təhlükəsizliyini, davamlı inkişafını təmin edir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İqtisadiyyatın elmi inkişafına sanballı töhfə
02 May
Azərbaycan Heydər Əliyevin arzuladığı zirvəyə yüksəlib
02 May
Azərbaycan mədəniyyətlərarası dialoqa xüsusi önəm verir
02 May
Hörmət və ehtiramın əlaməti
02 May
Ölkəmiz bəşəriyyətin gələcəyinə böyük töhfələr verir
02 May
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Media haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
02 May
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsin...
02 May
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanun...
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!