06 Noyabr 2025 08:35
338
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmi ictimaiyyət üçün yeni yol xəritəsidir

Prezident İlham Əliyevin AMEA-dakı çıxışı elmi ictimaiyyət üçün yeni yol xəritəsidir


"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) çıxışı dövlətin elmin inkişafına dəstəyinin ifadəsidir. Prezident elm adamlarını ruhlandırmaqla, onları dövlət qurumları ilə sıx işləməyə səsləməklə, Qarabağ və Şərqi Zəngəzurda geoloji işlərə azərbaycanlı alimlərin cəlb edilməsi mesajını verməklə bu sahədə səmərəli əməkdaşlığa ehtiyac olmasına diqqət çəkib. Həmçinin dövlət qurumlarını alimlərlə işləməyə, onların tədqiqatlarından yararlanmağa və elmi bilikləri müvafiq sahələrdə tətbiq etməyə çağırıb. Elmin nailiyyətləri, tədqiqatlardan əldə olunan sübut əsaslı nəticələr istənilən sahədə dövlət qurumlarına dəstəkdir. Əldə olunan tapıntılar yeni siyasətlər hazırlamağa, cavab tədbirlərini gücləndirməyə, həmçinin mövcud siyasətləri korrektə etməyə imkan verir. Elmi sübutlara əsaslanaraq hazırlanmış istənilən siyasət uğurludur və dəqiqdir. Prezident İlham Əliyev elmin praktiki nəticələrinin olmasının, onun təkcə əsərlərdə qalmamasının vacibliyini vurğulayıb".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva səsləndirib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin də apardığı dövlət siyasətinin başlıca hədəflərindən biri elmin inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması olub. Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda ölkədə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayıb, ali məktəblərdə təhsil alan tələbələrin sayı 70 mindən 100 minə qədər artıb. Ümummilli Lider azərbaycanlı gənclərin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirərək bu sahədə əsaslı dönüş yaradıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1970-ci ildən etibarən hər il 800-900 nəfər gənc SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına göndərilib. Bu da respublikanın milli kadr potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradıb. Müstəqillik illərində də Ulu Öndər təhsilin inkişafını daim diqqət mərkəzində saxlayıb. Ümummilli Lider təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması, eləcə də Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan müasir təhsil strategiyasının həyata keçirilməsi məqsədilə mühüm addımlar atıb, əhəmiyyətli fərman və sərəncamlar imzalayıb.

Deputat vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də dövlət idarəçiliyində elmin inkişafı prioritet vəzifələrdən biri kimi qoyulub: "Son 10 ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, yeni böyük elmi kitabxana, həmçinin Milli Ensiklopediya üçün yeni bina inşa edilib. 2009-cu ildə Elm Fondu yaradılıb. Bu fondun yaradılmasının əsas məqsədi isə Azərbaycan alimlərinə maddi dəstək, elmin inkişafına qrantlar çərçivəsində təkan verməkdir. Bundan başqa, Elmin inkişafı üzrə Milli Strategiya, eyni zamanda "Elm haqqında" qanun qəbul olunub və dövlət proqramı hazırlanaraq tətbiq edilib. Daha bir çox işlərin də görülməsi planlaşdırılır".

Pərvanə Vəliyeva Prezident İlham Əliyevin AMEA-dakı çıxışının Azərbaycan tarixi yaddaşının qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması baxımından dərin məna daşıdığına diqqət çəkib: "Dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzur mövzusundan söz açarkən qeyd edir ki, bu bölgələr barədə danışmaq, əslində, bütövlükdə Azərbaycan tarixindən danışmaq deməkdir. Çünki xalqımızın çoxəsrlik dövlətçilik ənənələri və mədəni irsi bu torpaqlarla sıx bağlıdır. Təəssüf ki, uzun illər ərzində Ermənistan və erməni diasporu Azərbaycanın tarixini saxtalaşdırmaq, həqiqətləri təhrif etmək istiqamətində məqsədyönlü fəaliyyət aparıb, bu təbliğat bu gün də davam edir. Prezident bildirir ki, bu cür saxtakarlıqlara qarşı ən güclü silah Azərbaycanın öz həqiqətləridir və bu həqiqətlər elmi əsaslarla dünyaya təqdim edilməlidir. Dövlətimizin başçısı xüsusilə alimlərin və elmi ictimaiyyətin bu sahədə rolunu vurğulayır. Dövlətimizin başçısı bildirir ki, Azərbaycan tarixinin araşdırılması və təbliği istiqamətində daha çox elmi əsərlərin, sərgilərin, təqdimatların, xəritələrin və hətta qısa bukletlərin hazırlanmasına ehtiyac var. Bu, həm Azərbaycan gənclərinin öz köklərini daha yaxşı tanıması, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin tarixi reallıqlarını doğru anlaması üçün vacibdir. Prezidentin diqqət çəkdiyi mühüm məqamlardan biri də tarixi xəritələrin əhəmiyyətidir. Dövlətimizin başçısı qeyd edir ki, Çar Rusiyası dövründə tərtib edilən xəritələrdə bu gün Ermənistan adlanan ərazilərdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Bu, həmin torpaqlarda azərbaycanlıların tarixi varlığını və mədəni izlərini sübut edən faktlardandır. Beləliklə, Prezident İlham Əliyevin çıxışı həm tarixi yaddaşın qorunması, həm də elmi ictimaiyyət və cəmiyyət üçün məqsəd kimi Azərbaycan tarixinin saxtakarlıqlardan təmizlənməsinə, həqiqətlərin elmi əsaslarla dünyaya çatdırılmasına və gənc nəsildə milli kimlik şüurunun daha da möhkəmləndirilməsinə bir çağırışdır", - deyə deputat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!