26 Avqust 2023 11:35
3938
Səfərlər
A- A+

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, şəhərin Mənzərəli terrasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyası müxtəlif tamaşalar nümayiş etdirib. Burada, eyni zamanda, xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub, şəbəkə, həsir sənəti, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq və digər sənət növlərinin də daxil olduğu incəsənət sərgisi və “Laçın mənzərələri” adlı rəsm sərgisi açılıb. Laçının mənzərəli məkanlarından birində qurulmuş “I love Lachin” bölməsində isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edə, bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının yaddaşına köçürə biləcəklər. İncəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi və ceyran maketlərinin boyanmasını izləmək mümkün olacaq.

Bayraq Meydanının qarşısında isə gün ərzində “Sarı Aşıq və Yaxşı” dastan-tamaşası nümayiş olunub, Laçın çay ənənələrinin təqdimatı məqsədilə “Çay dəstgahı”, müxtəlif sənətkarlıq nümunələri, suvenirlər, zərgərlik, keramika və sair məmulatların satışı üçün “Laçın bazarı” qurulub, milli geyimdə olan aktyorların ifasında immersiv oyunlar, milli personajlardan hazırlanan maskotların gəzintisi təşkil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər.

Prezident İlham Əliyev: Salam uşaqlar.

Uşaqlar: Salam, necəsiniz?

Prezident İlham Əliyev: Gəlin, şəkil çəkdirək.

Reza Deqati: Bunların şəkilləridir. Bunların 100 şəklini çəkmişəm.

Müəllim: Bunlar hamısı laçınlıdır. Hamısı köçüb gəlib yaşayırlar.

Prezident İlham Əliyev: Hamısı köçüb gəlib, çox gözəl.

x x x

Uşaqlarla xatirə şəkli çəkdirildi.

x x x

Prezident İlham Əliyev: Məktəb 15 sentyabrda açılacaq. Biz dünən gördük, məktəb də gözəldir, 2 nömrəli məktəb, məktəb avtobusu var. Yəqin ki, gələn ilə çatdıracağıq, çalışacağıq 1 nömrəli məktəb də inşa edilsin. Ona görə uşaqlar da sentyabrın 15-dən məktəbə getməyə hazır olsunlar. Siz Bakıda yaşamısınız, Sumqayıtda yaşamısınız yəqin ki, elə deyilmi? Yəni, böyük şəhərlərdə yaşamısınız. Amma indi gəlmisiniz nisbətən kiçik olan belə şəhərə. Özünüzü yaxşı hiss edirsiniz?

Uşaqlar: Kiçik olsa da, çox gözəldir. Çoxlu gəzirik.

Uşaq: Allah Sizi qorusun ki, Siz bu cənnəti almısınız.

Prezident İlham Əliyev: Doğrudan da cənnətdir.

Müəllim: Bəli, uşaqların sevinci bəsdir.

Mehriban xanım Əliyeva: Cənnətdir.

Prezident İlham Əliyev: Laçın şəhəri indi gündən-günə daha da gözəlləşir. Azad edilmiş bu ərazilərdə şəhərlər elə olacaq ki, heç paytaxt şəhərlərdən də fərqlənməyəcək.

Balaca oğlan: Cənab Prezidentimiz, izn verirsinizsə, Sizə Türk marşının, yəni, “İstiqlal marşı”nın iki kupletini deyim.

Prezident İlham Əliyev: Hə, de.

x x x

Uşaq Türkiyənin Dövlət Himnindən iki bəndi söylədi.

x x x

Mehriban xanım Əliyeva: Sağ olun.

x x x

Dövlətimizin başçısı və birinci xanım “Laçın mənzərələri” adlı rəsm sərgisi ilə tanış oldular.

x x x

Prezident İlham Əliyev: Biz Kəlbəcərdən gəlmişik. Orada da çox gözəl mənzərəli yerlər var.

Rəssam: Şərait yaransın, orada da çəkərik, çox gözəldir.

Mehriban xanım Əliyeva: İnşallah.

Prezident İlham Əliyev: Siz buraya biz təzə gələndə də gəlmişdiniz, ermənilərin qoyduqlarını görmüşdünüz nə gündəydi. Bir il, heç bir il keçməyib, oktyabrda başlamışıq bərpa işlərinə, siz burada olmusunuz.

Rəssam: Bilirəm, üç dəfə olmuşam.

Digər rəssam: Bu, “Qasımuşağı” - Laçının ənənəvi xalçasıdır. “Çələbi” Qarabağın simvolu olduğu kimi, “Qasımuşağı” da Laçının ənənəvi xalçasıdır. O nəsil yaşayırdı, Zülfi əmi var idi, rəhmətə getdi.

Prezident İlham Əliyev: Kimsə var o nəsildən?

Sakin: Var o nəsildən var, Qasımuşağı.

x x x

Rəssamlarla xatirə şəkli çəkdirildi.

x x x

Rəssam: Bizə çox xoşdur ki, Siz ad gününüzü Laçının bayram günü ilə bir yerdə qeyd edirsiniz.

Mehriban xanım Əliyeva: Sağ olun. Mənim üçün də ən gözəl ad günlərimdən biridir ki, buradayam.

Sakin: Çox sağ olun, minnətdarıq Sizə.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video