Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə AYİB arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edildi. Xüsusilə qeyri-neft sektorunda iqtisadi fəallığın dəstəklənməsi, iş yerlərinin yaradılmasına dair layihələrin reallaşdırılması, dövlət müəssisələri ilə yanaşı, özəl sektorun maliyyələşdirilməsinin artırılmasında, bərpaolunan və alternativ enerji sahəsində Azərbaycanda artıq həyata keçirilən layihələrdə AYİB-in iştirakı və dəstəyi qeyd edildi, gələcək layihələrin həyata keçirilməsində bu iştirakın genişləndirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı nəqliyyat-logistika sahəsində həyata keçirilən fəaliyyətlərə dəstək verilməsi, bu qəbildən ötən gün AYİB ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC arasında imzalanan və 100 milyon dollar məbləğində kreditləşmənin nəzərdə tutulduğu layihənin perspektivləri müzakirə edildi. Həmçinin Avropanın enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıyan Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının mümkün iştirakı barədə fikir mübadiləsi aparıldı.
Telekommunikasiya sahəsində əməkdaşlığa toxunuldu, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək “Küçələrin işıqlandırılması” layihəsinə dair Qrant, Kredit və Layihə sazişlərinin imzalanmasının əhəmiyyəti vurğulandı. Oxşar layihələrin ölkəmizin digər şəhərlərində də həyata keçirilməsi perspektivləri müzakirə olundu.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ürəyinizi qoruyun
20 Aprel
"Azərişıq" ASC Şirvanda yenidənqurma işlərini davam etdirir
20 Aprel
Şuşanın mədəni irsi epiqrafik abidələr əsasında tədqiq edilir
20 Aprel
Əbədiləşən sənətkar ömrü
20 Aprel
Mədəniyyət paytaxtımız, qəhrəmanlıq zirvəmiz
20 Aprel
Kapital sabitlik və sakitlik sevir
20 Aprel
"Yaşıl enerji": günəşimiz və küləyimiz kara gəlir
20 Aprel
"Dar boğazlar" açıldıqca yükdaşımalar da artacaq
20 Aprel
Qarabağ münaqişəsi artıq keçmişdə qalıb
20 Aprel
Rusiyadakı erməni təbliğatçılarının iflası
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!