19 Sentyabr 2022 11:14
471
DÜNYA
A- A+

Polşa Rusiya vətəndaşlarının bu ölkəyə girişini məhdudlaşdırıb

 

Sentyabrın 19-dan etibarən Polşa Rusiya vətəndaşlarının bu ölkəyə girişinə əlavə məhdudiyyətlərin tətbiqinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Baltik ölkələrlə yanaşı Polşa da öz sərhədlərini Şengen vizasına malik Rusiya vətəndaşlarına bağlayacaq. Buraya turizm və işgüzar səfərlər, idman və mədəni tədbirlərdə iştirak daxildir.

Yeni qaydalar Polşada daimi yaşayış hüququ və yaxın qohumları yaşayan şəxslərə, eləcə də humanitar və tibbi əsaslarla ölkəyə səfər etmək istəyənlərə şamil edilməyəcəkdir. Eyni zamanda dissidentlər də istisna təşkil edəcəklər.

Şengen vizasına malik Rusiya vətəndaşları indiyədək Baltikyanı ölkələr və Polşaya səfər edə və eləcə bu ölkələrdən keçməklə digər Şengen ölkələrinə səfər edə bilirdilər. Sentyabrın 19-dan etibarən isə Rusiya vətəndaşları ölkəyə girişlə yanaşı, bu ölkələrdən keçməklə digər Şengen ölkələrinə səfər etmək imkanından da məhrum ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video