02 May 2024 10:41
144
CƏMİYYƏT
A- A+

Penitensiar xidmətin rəisi TİHEK-in sədrilə görüşüb  

 

Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovla görüşüb.

Penitensiar xidmətdən AZƏRTAC-a bildirilib ki, nazir müavini ölkələrimiz arasında dostluq və tərəfdaşlığın, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Hər iki ölkələrin rəhbərləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edən Xidmət rəisi qarşılıqlı fəaliyyətin hər iki ölkə üçün səmərəliliyini vurğulayıb.

Daha sonra nümayəndə heyətinə Penitensiar xidmətin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib.

Qəbula görə minnətdarlığını ifadə edən nümayəndə heyətinin rəhbəri Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də dövlətlərimiz arasında əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.

Qonaqlar tanış olduqları cəzaçəkmə müəssisələrində yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildiriblər.

Görüş tərəflərin qarşılıqlı fikir mübadiləsi ilə sona çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video