07 Noyabr 2025 22:26
577
CƏMİYYƏT
A- A+
Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi

Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi


Ölkə başçısının Zəfər Gününün 5-ci ildönümündə imzaladığı Sərəncam Teymurovlar ailəsi ilə yanaşı, bütün xalqımızın böyük sevincinə səbəb olub. Belə ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

AZƏRTAC xəbər verir ki, XTQ mənsubu “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2013-cü ildə ailə həyatı quraraq öz toyunda özünə şəhidlik arzulayan Pəncəli hələ uşaqlıqdan Xocalıda həmvətənlərimizin başına gətirilən müsibətləri tez-tez xatırlayıb, hərbçi olacağına söz vermişdi. Elə də olur. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənə şərəflə xidmət etdi. XTQ mənsubu kimi o, xidməti dövründə yuxarı komandanlığın verdiyi hərbi tapşırıqları həmişə uğurla icra etmişdir. Pəncəli silahdaşları ilə birgə ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 2016-cı il aprelin 3-də döyüşdə şəhid olub. Doqquz ildir oğluna Milli Qəhrəman adı veriləcəyi ümidi ilə yaşayan Pəncəlinin anası Vahimə ana deyir ki, sevincimizin həddi-hüdudu yoxdur: “Bu anı 9 ildir gözləyirdim. Zəfər Bayramı münasibətilə Prezidentimiz bizi iki dəfə sevindirdi. Allah ona cansağlığı versin. Allah ona kömək olsun. Bu, bizim üçün böyük sevincdir, qürurdur. Allah onu xalqımızın başından əskik etməsin. Şəhidin ildönümündən gəlirdim. Yolda bu sevincli xəbəri eşitdim. Mən 9 ildə belə sevinc hissi keçirməmişdim. İndi də çox həyəcanlıyam. Bütün şəhidlərimizin ruhu şad olsun. Allah zabit və əsgərlərimizə kömək olsun. Bayrağımız həmişə yüksəklərdə dalğalansın”.

Pəncəlinin kiçik qardaşı, tarix müəllimi Famil Teymurov deyir ki, bu gün təhsil idarəsində Zəfər Günü ilə bağlı tədbirdə idim. Xəbər mənə çatanda göz yaşlarımı saxlaya bilmədim: “Doqquz ildir Prezidentin bu Sərəncamını gözləyirdik. Bu gün bizi sevindirdi. Qardaşıma ən ali ad olan Milli Qəhrəman adını verdi. Sevincimizin hüdudu yoxdur. Teymurovlar adından Prezidentə təşəkkürümü bildirirəm. Allah Ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin”.

Düşmənin qara kabusuna çevrilmiş Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi kəşfiyyatçısı Pəncəli Teymurov böyük izdihamla 2016-cı il aprel ayının 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib. Nümunəvi xidməti ilə sağlığında bir çox medal və mükafatlara layiq görülən Pəncəli ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunur. Bu gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu – ölümündən sonra Milli Qəhrəman adı ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

İran ABŞ-yə dəstək verəcəyi təqdirdə Avropa ölkələrini müharibə ilə hədələyib

17:43
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!