11 İyul 2026 10:45
593
SİYASƏT
A- A+
Paşinyanın “demokratik” diktaturası

Paşinyanın “demokratik” diktaturası


İkili standartlardan çıxış edən Qərb Ermənistandakı avtoritar idarəçiliyə göz yumur 


Ermənistanda son aylarda cərəyan edən daxili siyasi proseslər və xüsusilə 2026-cı il iyunun 7-də keçirilən parlament seçkiləri ətrafında yaşanan hadisələr rəsmi İrəvanın beynəlxalq auditoriyaya sırımağa çalışdığı "demokratik transformasiya"nı və baş nazir Nikol Paşinyanın "islahatçı lider" obrazını növbəti dəfə ifşa etməkdədir.

Paşinyanın rəhbərlik etdiyi siyasi komandanın tətbiq etdiyi idarəçilik modeli cəmiyyətə və xarici tərəfdaşlara "sivil və demokratik idarəetmə" kimi təqdim olunsa da, mahiyyət etibarilə getdikcə daha sərt, totalitar elementlərlə zəngin avtoritar rejimə çevrilməkdədir. Ermənistanın bu "yalançı demokratiya" modelinin beynəlxalq müstəvidə ciddi tənqidə məruz qalmamasının, əksinə, dəstəklənməsinin arxasında isə kollektiv Qərbin növbəti dəfə nümayiş etdirdiyi ikili standartlar və geosiyasi maraqların mənəvi dəyərlərdən üstün tutulması faktoru dayanır. 

Totalitar meyillərin ən bariz təzahürü son parlament seçkiləri zamanı özünü büruzə verdi. İyunun 7-də keçirilən seçkilər Ermənistanın siyasi tarixində növbəti sınaq kimi təqdim edilsə də, seçkiöncəsi və səsvermə günü qeydə alınan hadisələr prosesin demokratik prinsiplərdən tamamilə uzaq olduğunu göstərdi. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi azad və ədalətli siyasi mübarizənin deyil, sistemli təzyiq mexanizmlərinin və inzibati resursların kobud şəkildə sui-istifadəsinin nəticəsi idi.

Hələ səsvermədən çox öncə müxalif siyasi qüvvələrə və hökumət tənqidçilərinə qarşı genişmiqyaslı repressiya dalğası başladıldı. Hakimiyyət siyasi rəqiblərini neytrallaşdırmaq üçün "səslərin satın alınması" kimi müxtəlif süni ittihamları əlində əsas alətə çevirdi. Bu kampaniya çərçivəsində yüzlərlə müxalifət fəalı və təşkilatçı saxlanıldı, alternativ siyasi qüvvələrin təşviqat aparmaq imkanları inzibati yollarla tamamilə məhdudlaşdırıldı. 

Seçkiöncəsi mühitdə formalaşan bu təzyiq mexanizmi səsvermə günü daha eybəcər formalarla davam etdirildi. Dövlət və bələdiyyə strukturlarında çalışan minlərlə işçi işlərini itirmək hədəsi ilə məcburi şəkildə hakim partiyaya səs verməyə sövq edildilər. Seçicilərə aşkar təzyiqlər, səsvermə otaqlarında müşahidə olunan ciddi pozuntular sübut etdi ki, bu seçki xalqın azad iradəsini deyil, hakimiyyətin siyasi ömrünü uzatmaq məqsədi daşıyan əvvəlcədən planlaşdırılmış bir ssenarini əks etdirir. 

Paşinyan hökumətinin siyasi qisasçılığı təkcə səsvermə günü ilə də

məhdudlaşmadı. Seçkilər başa çatdıqdan sonra da repressiv siyasətin zəifləməməsi, əksinə daha amansız xarakter alması müşahidə olundu. Baş nazir qazandığı üstünlüyü ölkədə siyasi plüralizmi təmin etmək üçün deyil, cəmiyyətdəki fərqli səsləri boğmaq və müxalifəti darmadağın etmək üçün istifadə etməyə başladı. 

     Müxalif biznesmen və siyasi fiqur Qaqik Tsarukyanın və ona yaxın bir neçə şəxsin seçkilərin dərhal ardından həbs edilməsi də qisasçılıq prosesinin tərkib hissəsidir. Müxalifət rəhbərlərinin qondarma ittihamlarla həbsxanaya göndərilməsi ölkədə hüquq-mühafizə sisteminin tamamilə hakim partiyanın cəza alətinə çevrildiyini təsdiqləyir. Vəziyyət o həddə çatıb ki, Ermənistanda bu gün hakimiyyəti tənqid edən hər bir şəxs dərhal təqiblərlə üz-üzə qalır. 

     Əslində, Ermənistanda yaşanan mənzərə göstərir ki, hakimiyyət dəyişsə də, təfəkkür dəyişməz qalır. Ölkədə illər önçə baş verən hakimiyyət dəyişikliyi beynəlxalq müstəvidə böyük "demokratik sıçrayış" kimi təqdim olunsa da, zaman göstərdi ki, dəyişən yalnız siyasi personajlardır. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın dövründə Ermənistanda hərbi-siyasi elitanın dominantlığına əsaslanan sərt diktatura hökm sürürdü. Maraqlıdır ki, Qərb dünyası o zaman da özünün strateji və geosiyasi maraqları naminə bu avtoritarizmə göz yumur, təzyiq mexanizmlərini işə salmırdı. Bu gün isə Nikol Paşinyan

sələflərindən daha sərt və repressiv idarəçilik üsullarından istifadə etməsinə baxmayaraq, Qərbdən heç bir təzyiq, yaxud tənqidlə üzləşmir, əksinə beynəlxalq platformalarda “demokrat” elan olunur. 

     Məhz bu nöqtədə Qərbin klassik və ifrat ikili standartlar siyasəti tam çılpaqlığı ilə özünü büruzə verir. Qərbin məntiqi belədir ki, əgər bir lider "onların demokratıdırsa" və onların maraqlarına xidmət edirsə, onun törətdiyi bütün qanunsuzluqlar, kütləvi həbslər və siyasi təzyiqlər "qanun çərçivəsində atılan addımlar" kimi qələmə verilməlidir. 

     Bu yanaşmanın nə qədər qərəzli olduğunu qonşu Gürcüstana göstərilən münasibət də ortaya qoyur. Gürcüstanda keçirilən seçkilər və daxili siyasi qərarlar Avropa İttifaqı və ABŞ tərəfindən ən kəskin şəkildə tənqid olundu. Rəsmi Tbilisiyə qarşı sanksiya təhdidləri, maliyyə yardımlarının dayandırılması və “demokratiyadan geriləmə” ittihamları irəli sürüldü. Lakin Ermənistanda baş verən kütləvi həbslərə, inzibati resursların talan edilməsinə və müxalifətin açıq şəkildə sıxışdırılmasına baxmayaraq, Avropa və ABŞ rəsmiləri Paşinyanın şübhəli "qələbəsini" böyük coşğu ilə qarşıladı, bu ölkəni "demokratiya adası" kimi təqdim etdi. 

    Baş verənlər sübut edir ki, Qərb üçün insan hüquqları, azad seçkilər və mənəvi dəyərlər yox, yalnız və yalnız geosiyasi maraqlar prioritet təşkil edir. Demokratiya anlayışı çoxdan universal bir dəyər olmaqdan çıxaraq, beynəlxalq siyasətdə dövlətləri itaətdə saxlamaq üçün tətbiq edilən siyasi alətə çevrilib. Paşinyan hakimiyyətinin "demokratiya" pərdəsi altında qurduğu avtoritar rejim Qərbin qeyd-şərtsiz dəstəyi ilə daha da stimullaşdırılır. Lakin kor-koranə göstərilən bu dəstək Ermənistanı müstəqil ölkəyə çevirmir, əksinə onu böyük güclərin əlində təhlükəli geosiyasi alətə döndərir. Uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi-siyasi dayağı və "forpostu" olan Ermənistan, indi sadəcə sahibini dəyişərək Qərbin regiondakı yeni forpostuna çevrilməkdədir. Bu siyasət Ermənistanı daxili parçalanmaya, iqtisadi problemlərə və regional təhlükələrə sürükləyir. Ölkə getdikcə Qərb-Rusiya rəqabətinin qurbanına çevrilir. 

     Nəticə etibarilə, Ermənistanda yaşanan son proseslər Paşinyan diktaturasının kənar dairələrin dəstəyi ilə getdikcə daha da güclənməsindən xəbər verir. Qərb dairələrinin İrəvandakı avtoritar rejimi israrla legitimləşdirmək cəhdləri ikili standartlarla yanaşı, Cənubi Qafqazda davamlı sülh və sabitlik perspektivlərinə də zərbə vurur.


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!