19 Fevral 2025 09:15
367
SİYASƏT
A- A+
Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur

Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur


Ermənistanda hakimiyyətdaxili savaş güclənir


Ermənistanda sosial-iqtisadi vəziyyətin davamlı şəkildə ağırlaşması fonunda müşahidə olunan proseslərdən biri də ölkədə siyasi böhranın getdikcə dərinləşməsidir.  

Gözlənilən 2026-cı il seçkiləri ərəfəsində ölkədə hökumət daxilində qızğın mübarizə gedir. Belə ki, parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və bəziləri özlərini Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın kürsüsündə görməyə başlayıblar. 

"İravunk" qəzeti yazıb ki, hökumət dairələrində gəzən söz-söhbətlərə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Münhendən (Almaniya) tutqun əhvali-ruhiyyədə qayıdıb. Bildirilib ki, baş nazir Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edib, bu çərçivədə bir sıra ikitərəfli görüşlər keçirib: "Bu görüşlər, xüsusən də Münhendəki ümumi ab-hava onu göstərdi ki, Qərbdən ona əvvəlki dəstək yoxdur. Parçalanmış Avropa gözünü qırpmadan Nikolu "ikinci Zelenski"yə çevirəcək, onu taleyin ümidinə buraxacaq. Paşinyana yaxın olan Qərb dairələri dolayısı ilə ona xarici, xüsusən də kadr siyasətinə ciddi şəkildə yenidən baxmalı olduğuna dair xəbərdarlıq ediblər. Məsələn, Paşinyan artıq Böyük Britaniyanın Mİ-6 kəşfiyyat orqanının kadrlarından, ilk növbədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandan yaxa qurtarmaqla amerikalıların xoşuna gəlməyə çalışmalıdır. Amma o, qurumun onun qarşısına hansı kompromatları qoya biləcəyini anlayaraq tələsmir".

Bəzi dairələrin iddialarına görə isə Qərb Paşinyan üçün sürprizə imza ata bilər. Yerli mediada yazılır ki, hakim partiya xarici işlər naziri Ararat Mirzoyandan dərin məyusdur, halbuki komandada bəziləri Paşinyanın varisi olaraq onu görürdülər. Qeyd edilib ki, Ararat Mirzoyanın atdığı bir çox addım hakim komanda üzvlərini məyus edib. Məlumatlara görə, Ararat Mirzoyan bütün addımlarını Paşinyanla razılaşdırır, hətta dar dairədə fikir ayrılığını gizlətmir və bir çox mübahisəli məsələdə ona müqavimət göstərməyə belə cəhd etmir. Mənbələr bildiriblər ki, Mirzoyan Konstitusiyanın dəyişdirilməsinə, Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasına qarşı olsa da, öz etirazını dilə gətirmir.

"4rd.am" nəşri qeyd edib ki, ötən il keçirdiyi mətbuat konfranslarından birində Ararat Mirzoyan Konstitusiyanın sülh prosesinin dayanmasına səbəb olub-olmaması ilə bağlı suala cavab verərkən Konstitusiyanın Azərbaycanın tələbi ilə dəyişdirilməsinə qarşı çıxıb. Lakin daxili müzakirələrdə o, "lider"in əleyhinə danışmaqdan qorxur, susur. 

Bildirilib ki, yaxın günlərdə "Mülki müqavilə" fraksiyası qapalı iclas formatında xarici işlər nazirindən hesabat alacaq. Müşahidələrə görə, partiyada baş verənlər, əslində, Ermənistanda hakimiyyətdə olan şəxslərin dəyişdirilməsi prosesinin başlandığını göstərir. 

Ölkədə gedən proseslər onu göstərir ki, Ermənistanın Rusiyadan qopması və Fransanın faktiki müstəmləkəsinə çevrilməsi siyasəti həyata keçirilir. Qərb isə etiraz əhvali-ruhiyyəsinin hökumət binalarına hücuma çevrilməsindən yayınmaq üçün Paşinyanı əvəz etmək prosesinə üstünlük verir. 

Yazılanlardan və danışılanlardan belə bəlli olur ki, indi hakim elitada baş nazir olmaq uğrunda Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında qızğın mübarizə gedir. 


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!