16 Mart 2023 16:36
453
İQTİSADİYYAT
A- A+

“PAŞA Həyat” və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub  

 

Martın 16-da “PAŞA Həyat Sığorta” ASC və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün təlim təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Həyat sığortası nədir?” mövzusunda keçirilən təlimin əsas məqsədi jurnalistlərin sahə üzrə biliklərinin artırılması, həmçinin media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Açılış mərasimində çıxış edən “PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov şirkət haqqında məlumat verib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova qurumun peşəkar və sahəvi jurnalistikanın inkişafı istiqamətində gördüyü işlərdən danışıb, həyat sığortası barədə ictimaiyyətin dolğun və düzgün məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Sonra “PAŞA Həyat” şirkətinin Marketinq Mərkəzinin rəhbəri Ruslan Ələkbərov həyat sığortası məhsulları, Anderraytinq və Qiymətləndirmə departamentinin direktoru Bəhruz Hacıyev bu sahələr və Risklərin idarəedilməsi departamentinin direktoru Şahin Mahmudzadə sığorta riskləri haqda təqdimatla çıxış ediblər.

Təqdimatlardan sonra media nümayəndələri üçün “PAŞA Həyat” şirkətinin baş ofisinə infotur təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video