Parlamentin Səhiyyə komitəsi bir sıra qanun layihəsini plenar iclasa tövsiyə edib
Yanvarın 25-də Milli Məclisin Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edib, onlara uğurlu fəaliyyət arzulayıb. Komitə sədri bildirib ki, iclasın gündəliyinə 7 məsələ, o cümlədən 2022-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi və bir sıra qanunlarda dəyişikliklərlə bağlı sənədlər daxil edilib.
Əhliman Əmiraslanov, əvvəlcə, 2022-ci il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitənin 9 iclası keçirilib, 11 məsələ müzakirə edilib və onlardan 9-u üç oxunuşda baxılmış qanun layihələridir.
Ötən sessiya ərzində komitədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüş keçirilib, səmərəli fikir mübadiləsi aparılıb.
Bildirilib ki, payız sessiyasında komitəyə 314 ərizə və şikayət daxil olub, 255 məktub müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib. Ərizə və şikayətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik pensiyası ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri haqqında müraciətlərdir. Sessiya ərzində komitənin sədri tərəfindən 218 nəfər vətəndaş qəbul edilib.
Komitənin üzvü Sədaqət Vəliyeva çıxış edərək, ötən sessiya ərzində görülən işlər barədə fikirlərini açıqlayıb, komitənin məhsuldar fəaliyyət göstərdiyini söyləyib.
2022-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat məqbul hesab edilib.
Sonra Səhiyyə komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib. Komitə sədri bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən sənədlərin müzakirəsi, yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, müxtəlif mövzularda, o cümlədən tibbi tullantıların idarə olunması ilə bağlı, Koronavirus (COVİD-19) ilə əlaqədar ölkədəki mövcud vəziyyət və görülən tədbirlərə dair bir sıra dinləmələrin keçirilməsi planlaşdırılır.
Komitənin sədr müavini Rəşad Mahmudov, deputatlar Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Soltan Məmmədov, Müşfiq Məmmədov, İlham Məmmədov, Sədaqət Vəliyeva iş planı barədə öz fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər. Deputatlar, həmçinin səhiyyə sahəsində mövcud vəziyyətlə bağlı, o cümlədən dispanserizasiya tədbirlərinin həyata keçirilməsi, rezidentura təhsilinin təşkili və digər məsələlərə dair bəzi qeydlərini də diqqətə çatdırıblar.
Müzakirələrin sonunda Səhiyyə komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqsədəmüvafiq hesab olunub.
Sonra komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdim edib.
Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında daxil olmuş bir sıra qanun layihələrində “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulub.
Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarının səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrində “kütləvi informasiya vasitələri” sözlərinin “media” sözü, “teleradio” sözünün “televiziya və radio” sözləri ilə əvəz edilməsi təklif olunur.
Sonra komitə sədri gündəliyin növbəti məsələsi - “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirib ki, sənəddə müştərək maliyyələşməyə dair dəyişiklik təklif olunur. Təklifə əsasən, əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi, habelə sistemin formalaşdırılması məqsədilə adı çəkilən qanunun müvafiq maddələrinin tətbiqinin 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulub. Dəyişiklik icbari tibbi sığortanın inkişafına, əhaliyə daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə xidmət edir.
Təqdim olunan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Böyük yazıçı, alim və pedaqoq
26 Aprel
“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
26 Aprel
“Azeri Light” markalı neft ucuzlaşıb
26 Aprel
Türkiyənin məşhur HALK TV-nin "Yeni bir sabah" proqramında "Azərbaycan" qəzetinin manşeti barədə məl...
26 Aprel
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ...
26 Aprel
"Türk çələngi" pedaqoji fikir tariximizin aynasıdır
26 Aprel
Qərbi Azərbaycan İcması bəyanat yayıb
26 Aprel
Uğur qazanmağın sirrini istedadla zəhmətin vəhdətində görən aktyor
26 Aprel
Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar
26 Aprel
Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!