22 Iyun 2023 16:52
496
İQTİSADİYYAT
A- A+

Parlamentdə beynəlxalq poçt daşımaları sahəsindəki yeni çağırışlar ətrafında fikir mübadiləsi aparılıb  

 

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli yeni yaradılmış bu assosiasiyanın işinə uğurlar arzulayıb. O, mühüm əhəmiyyətli işlərlə məşğul olan qurumun qarşıya qoyulmuş məqsədlərə çatacağına əminliyini ifadə edib.

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının sədri Şaiq Qəribzadə rəhbərlik etdiyi qurumda dünyanın bir sıra böyük poçt şirkətlərinin Azərbaycan nümayəndəliyinin təmsil olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, assosiasiyanın əsas məqsədi bu quruma üzv olan poçt təşkilatlarının maraqlarının qorunması, dövlət strukturları ilə sahibkarlar arasında körpü rolu oynamaqdır.

Söhbət zamanı poçt qanunvericiliyinin təkmilləşdirilməsində ictimai iştirakçılıq, beynəlxalq poçt daşımaları sahəsində mövcud problemlər, bu sahədə yeni çağırışlar və digər mövzularda fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video