14 Noyabr 2024 08:30
100
CƏMİYYƏT
A- A+
Panel müzakirələr, fərqli layihələr, maraqlı stendlər

Panel müzakirələr, fərqli layihələr, maraqlı stendlər


COP29-a maraq gündən-günə artır


COP29 üçüncü gününü geridə qoydu. 

Dünən həm "mavi", həm də "yaşıl zona"da daha çox qonağın səhərdən başlayaraq olduğunu müşahidə etdik. Səhərdən başlayaraq hər iki zonanın pavilyonlarında gündəlik proqrama uyğun müxtəlif mövzularda panel müzakirələr, sessiyalar keçirildi.

Növbəti il BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına, yəni COP30-a evsahibliyi edəcək Braziliya pavilyonunda təşkil olunan sessiyalar daha çox diqqəti cəlb etdi. "Yaşıla keçid"də sənayenin rolu, Enerjiyə keçid sektorunda sığortanın rolu, Karbon bazarı və Braziliyada meşələrin bərpası, minik avtomobillərinin dekarbonizasiyası, Dayanıqlı gələcək üçün bioiqtisadiyyat, Braziliya COP30 istiqamətində və digər mövzulara həsr edilən panel müzakirələrdə iştirak etdik.

Braziliyanın ətraf mühit və davamlılıq meneceri Davi Bomtempo dedi ki, ölkəsi sənayesinin imkanlarından istifadə edərək yeni əlaqələr yaratmaq və sənayenin karbon iqtisadiyyatından necə yararlandığını göstərmək üçün COP29-da iştirak edirlər. O qeyd etdi ki, COP28 və COP29-da qoyulan məsələlər eynidir, ancaq fərqli səviyyələrdədir. "Biz bu problemlərlə tam şəkildə məşğuluq. COP29-da maliyyələşmə əsas müzakirə mövzusudur. Çünki çoxlu maliyyə mənbələrinə ehtiyac var. Hazırda biz inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələri necə maliyyələşdirəcəyini müzakirə edirik. Azərbaycan, Braziliya və bütün digər bu kimi ölkələrin maliyyələşmə ilə bağlı dəstəyə sahib olması çox vacibdir", - deyə menecer əlavə etdi.

Noyabrın 13-də COP29 çərçivəsində "mavi zon"ada keçirilən mühüm tədbirlərdən biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti oldu. Tədbirdə iştirak edən Prezident İlham Əliyev müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırdı. Dövlət başçısı qeyd etdi ki, COP29-a evsahibliyi edən ölkə olaraq, Azərbaycanın inkişaf edən kiçik ada ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyəyə qalxıb. "Onların səsi bu gün qlobal səhnədə eşidilməlidir. Həmin ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılması Azərbaycanın COP29-da göstərdiyi səylərin mərkəzindədir", - deyə dövlət başçısı bildirdi.

"Yaşıl" və "mavi zona"larda yaradılan "Ticarət və İnvestisiya Evi" stendlərində Azərbaycanın əlverişli işgüzar mühiti və investisiya layihələri barədə məlumat verilir, müxtəlif görüş və tədbirlər keçirilir. İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların təşkilatçılığı ilə müxtəlif tədbir və görüşlər təşkil edilir, Azərbaycanın işgüzar mühiti, investorlara göstərilən dəstək mexanizmləri, investisiya layihələri barədə məlumatlar verilir.

"Yaşıl zona"da yerləşən "Extreme Hangout" təlim otağında Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi, Təkcə karbon deyil: Nəyə görə dünya avia kondensasiya izinə qarşı iqlim hərəkatına qoşulmalıdır?, Okean iqlim dəyişikliyinin həlli kimi, Həyatımızı təmin edən suyun iqtisadiyyatı və digər mövzularda müzakirələr keçirildi. Sessiyalarda okeanları necə qorumaq, tullantılardan təmizləmək, iqlim dəyişikliklərinin okean suyuna təsirləri, buzlaqların əriməsi, təmiz su məsələləri ətrafında interaktiv müzakirələr aparıldı.

Yaşıl zonada pavilyonların bəzilərinə uşaqların da marağının yüksək olduğu diqqətimizi çəkdi. Heydər Əliyev Fondu və Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzində məlumat lövhələri yerləşdirilib. Ərazidə videolar vasitəsilə tullantıların idarə olunması ilə bağlı məlumat verilir. Eyni zamanda uşaqlar üçün maarifləndirici oyun zonası ayrılıb ki, bu da balacaların diqqətini cəlb edir. Bununla kiçik ziyarətçilər həm öyrənir, həm də vaxtlarını əyləncəli keçirirlər.

Azərbaycanın uğurla evsahibliyi etdiyi COP29 bu gün dördüncü gününə start verir. Bakıya gələn xarici qonaqlar tədbirdə yüksəksəviyyəli təşkilatçılıqdan və qonaqpərvərlikdən məmnunluqlarını ifadə edirlər. 

Ümumilikdə Bakının COP29-da irəli sürdüyü təşəbbüslər yüksək qiymətləndirilir və bu yöndə nəticələrin əldə olunacağına ümidlər böyükdür.

Qeyd edək ki, 5-11 noyabr tarixlərində konfrans öncəsi ilkin sessiyalar və konfransın ilk günləri ərzində tədbir məkanı və müxtəlif nəqliyyat qovşaqları arasında xüsusi marşrutlar üzrə fəaliyyət göstərən avtobuslar vasitəsilə 58000-dən çox iştirakçının hərəkəti təmin edilib. Qurumların operativ koordinasiyası və paytaxt yollarında nəqliyyat axınının peşəkar tənzimləmə nəticəsində COP29 iştirakçıları yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin edilib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Abdikərimov: Orta Dəhlizin regional və beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür  

11:22
14 Noyabr

COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub

11:17
14 Noyabr

Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar  

11:12
14 Noyabr

Prezident İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

11:07
14 Noyabr

İsveçin iqlim fondlarına töhfəsi tənqidlə qarşılanıb  

11:02
14 Noyabr

Mərkəzi Bankın sədri: Biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq  

10:57
14 Noyabr

ICESCO-nun Baş direktoru: Karbon emissiyalarını azaltmaq, ilk növbədə, ətraf mühit üçün vacibdir  

10:52
14 Noyabr

Nabrandan payız ətirli 

10:47
14 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:42
14 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib  

10:37
14 Noyabr

Azərbaycan neftinin bahalaşması davam edir  

10:32
14 Noyabr

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK  

10:27
14 Noyabr

AZPROMO-nun rəhbəri: Məqsədimiz qlobal keçidi sürətləndirməklə maliyyənin vacib rolunu gücləndirməkdir  

10:22
14 Noyabr

Prezident İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşüb YENİLƏNƏCƏK  

10:17
14 Noyabr

“ASAN xidmət” hamı üçün təhlükəsiz mühit təmin etmək məqsədilə yaşıl enerji ambisiyaları ilə nümunə olur  

10:12
14 Noyabr

Bakıda “ASAN xidmət”in təşkilatçılığı ilə “Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu” keçirilir  

10:07
14 Noyabr

COP29 çərçivəsində biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb  

10:02
14 Noyabr

Metyu Brayza: COP29 Azərbaycan tarixində böyük hadisədir  

09:57
14 Noyabr

Malayziya Enerji Komissiyasının baş icraçı direktoru: COP platformasını yüksək qiymətləndiririk  

09:52
14 Noyabr

İtaliyanın Valtellina vadisində 280 milyon illik fosil ekosistemi tapılıb  

09:47
14 Noyabr

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib  

09:42
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!