12 Aprel 2022 00:26
956
Səhiyyə
A- A+
Pandemiya sona yaxınlaşır

Pandemiya sona yaxınlaşır

 

Son mutasiyalarda virusun yoluxuculuğu zəifləyib

 

Artıq COVID-19-un ağır fəsadlarına nadir halda rast gəlinir. Üzərindən iki il ötməsinə baxmayaraq, yeni növ koronavirus pandemiyası hələ də dünyanın gündəmindən düşməyib.

COVID-19 yayıldığı zamandan etibarən ona qarşı müxtəlif mübarizə üsullarından istifadə olundu, ilk başlanğıcında ölkələr sərt qapanmaya getdi, sərhədlərini bağladı. Virusa qarşı peyvəndlər hazırlandıqdan sonra isə əhalinin vaksinasiyası başlandı. Bununla da kütləvi immunitet yaradaraq pandemiyanın sonlandırılması hədəf götürüldü. Bütün bu mübarizə üsulları sayəsində hazırda dünyada bir çox ölkələr COVID-19-a qarşı epidemiyadan qorunma tədbirlərini böyük ölçüdə aradan qaldırıb və normal həyata qayıdıb.

Lakin hazırda yeni növ koronavirus ilk yayıldığı ünvanda, yəni Çində yenidən alovlanıb. Çinin Səhiyyə Komissarlığının ötən günə olan məlumatına əsasən, ölkədə son sutkada 27 mindən çox yeni yoluxma aşkar edilib ki, bu da pandemiya dövründə ən yüksək göstəricidir. Bildirilib ki, sutkalıq yoluxma göstəricisi ötən həftə ilə müqayisədə 2 dəfə çoxdur. Yoluxanların böyük əksəriyyəti simptomsuz xəstələrdir və yeni yoluxanlar arasında xaricdən gələnlər azlıq təşkil edir. Artıq Çinin ən böyük şəhəri olan Şanxayda koronavirusa yoluxmanın artması səbəbindən milyonlarla insana tətbiq olunan qapanma tədbirləri qeyri-müəyyən müddətə qədər uzadılıb. Qeyd edək ki, Çində "Omikron" ştamının yeni alt növləri olan BA.1, BA.2 və BA.1.1 növləri daha çox yayılıb.

Ümumiyyətlə isə, COVID-19 virusu getdikcə mutasiyaya uğrayır. İndiyə qədər onun "Alfa", "Beta", "Delta", "Omikron" və sair ştamları yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının ötən həftə yaydığı məlumatda bildirilib ki, Böyük Britaniya ərazisində ilk dəfə COVID-in daha bir yeni ştamı aşkarlanıb. XE adlandırılan ştam "Omikron"dan daha çox yoluxdurucudur. ÜST onu da bildirib ki, yeni ştama yoluxma hələ çox deyil, Britaniyada XE ştamı 650 nəfərdə tapılıb. Hibrid XE ştamı BA.1 və BA.2 variantlarının birləşməsindən yaranıb və hələ ki onun dövrü izlənilir, təsirləri araşdırılır.

 

Ölkəmizdə yoluxma ikirəqəmli həddə düşüb

 

Azərbaycanda virusun yayıldığı gündən ona qarşı aparılan hərtərəfli effektiv mübarizə metodları və uğurlu vaksinasiya prosesi sayəsində epidemioloji vəziyyət hər ötən gün yaxşılaşmaya doğru gedir. Sevindiricidir ki, son zamanlar yoluxmalar ikirəqəmli həddə düşüb, ölüm sayı xeyli azalıb. Hətta son zamanlar virusdan ölüm halı qeydə alınmayan günlər də olur.

Azərbaycanda bu günə qədər yeni növ koronavirusa qarşı vətəndaşlara 13 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5, ikinci mərhələ üzrə 4, üç və daha çox doza vaksinlərin isə sayı 3 milyondan çoxdur. Pozitiv nəticədən sonra vurulan "buster" doza vaksinlərinin sayı isə 233 mini keçib.

Ötən şənbə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlaması zamanı ölkədə COVID-19-a gündəlik yoluxma sayının kifayət qədər azaldığını, simptomlu xəstələrin sayının nəzərəçarpacaq dərəcədə aşağı düşdüyünü söyləyib.

 

Modul tipli xəstəxanalar fəaliyyətlərini dayandırıblar

 

Səhiyyə naziri bildirib ki, xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı tək-tük olur. Ona görə də əksər xəstəxanalar, demək olar ki, boşdur: "Modul tipli xəstəxanaların gələcək fəaliyyətinə gəlincə, həmin səhiyyə ocaqları bağlanmayıb, sadəcə, fəaliyyətlərini dayandırıblar. Xatırladım ki, analoji hal pandemiyanın müxtəlif dalğaları zamanı da baş verib. Həmin xəstəxanalar ehtiyat fondu kimi qalacaqdır".

Səhiyyə naziri koronavirusun Çində aşkarlanan yeni variantı barədə söyləyib ki, onun yoluxuculuğu "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir: "Yeni ştamlar peyda olur. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən görə bilməz. "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verib".

T.Musayev deyir ki, pandemiya sona doğru inkişaf edir: "Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır COVID" rejimi ana xətt kimi qəbul olunub. Yəni istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gətirir. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, yeni ştam həddən artıq zəifdir".

Amma pandemiya ilə bağlı izlənən bu müsbət tendensiya arxayınlaşmağa əsas verməməlidir. Unutmamalıyıq ki, hazırkı pozitiv nəticə də elə epidemioloji qaydalara olan vətəndaş həssaslığı və vaksinasiya sayəsində mümkün olub. Odur ki, eyni məsuliyyəti hazırkı dövrdə də nümayiş etdirmək və tələb olunan qaydalara riayət etmək vacibdir.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!