Pakistan Senatının nümayəndələri Milli Məclisdə olublar
Oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov Pakistan Milli Assambleyasının və Senatının Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Sayed Mushahid Hussainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Pakistan əlaqələrindən danışılıb, hər iki ölkənin beynəlxalq təşkilatlar qarşısında bir-birinin mövqeyini dəstəklədiyi vurğulanıb.
Sədr Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət olunan ən böyük nümayəndə heyətlərindən biri Pakistandan gəlib. Bildirib ki, Pakistan Azərbaycana dost-qardaş ölkədir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir: "Bu gün Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz əlaməti olaraq bu ölkənin müstəqilliyini tanımır. Azərbaycan dost ölkənin bu mövqeyini çox yüksək qiymətləndirir. "Xocalıya ədalət" layihəsi çərçivəsində Pakistan ilk ölkə oldu ki, Xocalı soyqırımını tanıdı və öz dəstəyini əsirgəmədi".
Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov seçkilərin şəffaf, demokratik keçirilməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. Seçki dairələrinin bəzilərində onlayn veb kameralar quraşdırılıb. Bununla belə, bəzi beynəlxalq təşkilatlar monitorinq keçirmədən seçkidə siyasi məqamlar axtarırlar və özlərini müəllim kimi göstərirlər. Azərbaycan müstəqillik qazanandan bəri yeddi prezident, dörd parlament seçkisi keçirib. Artıq bu sahədə ölkəmizin böyük təcrübəsi var.
Azərbaycan və Pakistanın hər zaman dost və qardaş münasibətdə olduğunu xatırladan Sayed Mushahid Hussain bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iqtidar və müxalifət təmsilçiləri var. Bunlardan 25 faizi xanım müşahidəçilərdir.
Azərbaycanda prezident seçkilərinin şəffaf, demokratik keçirilməsi üçün böyük işlərin görüldüyünü qeyd edən qonaq seçki məntəqələrinin 20 faizində veb kameraların quraşdırılmasını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!