02 İyun 2024 09:00
935
İQTİSADİYYAT
A- A+
Orta Asiya ölkələri Azərbaycanın "yaşıl gündəliyi"ni dəstəkləyirlər

Orta Asiya ölkələri Azərbaycanın "yaşıl gündəliyi"ni dəstəkləyirlər

 

Hələ keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdir. Tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılığa gəlmişlər.
Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə keçirilən həmin görüşdə qeyd edilmişdi ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Belə ki, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə 4 QVt elektrik enerjisinin ixracına xidmət edəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 QVt "yaşıl enerji"nin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub.
Görüşdə bildirilmişdi ki, Qazaxıstanın və Özbəkistanın həmin dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafı, "yaşıl hidrogen"in, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığını möhkəmləndirəcək. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səylərini təqdir etmişlər. Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildirmişlər və görüşün nəticəsi kimi Birgə Kommünike imzalanmışdı. 
Həmin hadisədən bir ay sonra isə Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan ölkəmizin ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə olunduğu üçtərəfli görüşün nəticəsi kimi Birgə Kommünike qəbul edildi. Bu sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" və "yaşıl ammonyak"ın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olundu. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəldilər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.
Nazirlər bu dəfə də ölkələrin bərpaolunan enerji sahəsində potensialını vurğulayaraq, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bir daha qeyd etdilər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksəkgərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olundu. Onlar həmçinin təsdiqlədilər ki, "yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək.
Azərbaycan və digər bir Orta Asiya ölkəsi - Tacikistan arasında da "yaşıl enerji"nin inkişafı sahəsində əməkdaşlıq üçün güclü potensial var. Bu barədə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyinin beynəlxalq iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Dilşod Şərifi belə deyib:
- Tacikistan əhəmiyyətli su ehtiyatlarına və hidroenergetikanın inkişafı üçün potensiala malikdir. Bizim birgə layihələrimizə su-elektrik stansiyalarının tikintisi və modernləşdirilməsinin də daxil olması mümkündür. Azərbaycan Tacikistanda su ehtiyatlarından istifadənin səmərəliliyini artıracaq hidroenergetika layihələrinin həyata keçirilməsi üçün investisiya texnologiyaları təqdim edə bilər. Hər iki ölkədə günəş şüalanmasının davamiyyəti yüksək səviyyəyə malikdir ki, bu da günəş enerjisinin inkişafı üçün əla şərait yaradır. Günəş parklarının yaradılması və ərazilərdə günəş panellərinin quraşdırılması qalıq yanacaqlardan asılılığı və istixana qazı emissiyalarını azaltmağa kömək edəcək. Bu baxımdan ölkələrimiz "yaşıl texnologiyalar"ın tədqiqi və inkişafı üzrə ixtisaslaşmış müştərək elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların açılmasında qarşılıqlı fəaliyyət göstərə bilər. Texnologiyanın mənimsənilməsini sürətləndirməyə kömək edəcək bilik mübadiləsi aparmaq olar. Günəş enerjisindən istifadə ilə bağlı pilot layihələr də həyata keçirmək mümkündür. 
Qonşumuz Türkmənistana gəlincə, qeyd etmək lazımdır ki, bu ölkənin ərazisinin 70 faizə qədəri səhralardır. Səhralar kənd təsərrüfatı və digər sahələr üçün yararlı olmasa da, günəş enerjisinin istehsalı üçün geniş potensiala malikdir.
 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM-nin) icraçı direktorunun müavini Ramil Hüseyn bununla bağlı deyib:
- Türkmənistanın Xəzərin sahilində yerləşməsi isə o deməkdir ki, külək enerjisi potensialı da var. Bu sahədə Azərbaycana investisiya qoyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti Türkmənistanda da "yaşıl enerji" istehsal edəcək. Yəni eyni şirkət "yaşıl enerji" sahəsində həm Azərbaycana, həm də Türkmənistana sərmayə qoyur. Bu, bizim əməkdaşlığımızı daha da yaxınlaşdıra bilər. Türkmənistan öz hədəfləri istiqamətində bir türk şirkəti ilə də işləyir. Amma bu sahədə işlər elə də böyük deyil. Çünki Türkmənistanda qaz isehsal olunur və onu enerjiyə çevirmək daha ucuzdur. Ölkənin isə cəmi 6 milyon əhalisi var və daxili tələbatı elə də böyük deyil. Əslində, "yaşıl enerji"nin istehsalı, xətlərin çəkilməsi və enerjinin ötürülməsi hazırda çox bahalı prosesdir. Amma Türkmənistanın potensialı böyükdür. Çünki ərazisinin 70 faizi buna yararlı olmaqla yanaşı, ildə 300 günəşli günü var. Biz artıq potensialımızı bilirik, hesablamışıq. Türkmənistan isə indi başlayır, bu istiqamətdə ilkin investisiyaları cəlb edir. Onun imkanları ilə bağlı daha dəqiq mənzərə gələcəkdə üzə çıxacaq.
Qırğızıstan barədə danışarkən isə onu deməliyik ki, bu ölkə tərəfindən bərpaolunan enerji mənbələrinin inkişafı üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ölkələrinin potensialından fəal istifadə etmək təklif olunub. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov keçən ilin noyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ECO-nun 16-cı sammitində çıxışı zamanı bildirib: "Birgə səylərimizi təşkilata üzv ölkələrin iqtisadi inkişafı üçün effektiv mexanizmlərin işlənib hazırlanmasına yönəltmək vacibdir. Bu mənada bərpaolunan enerji mənbələrinin inkişafı üçün üzv ölkələrin potensialından fəal istifadə etmək lazımdır".
Beləliklə, Qırğızıstan Prezidenti ECO çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Azərbaycanla bu sahədəki əməkdaşlığa gəldikdə isə cari ilin aprelində Qırğızıstan Prezidentinin ölkəmizə dövlət səfərini xatırlayaq. Bu səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Sənədlərdən biri də "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Qırğız Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" idi ki, bu da həmin istiqamətdə iki ölkə arasında əlaqələr üçün geniş perspektiv açır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırır

16:49
14 May

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin adı dəyişib  

16:31
14 May

Azərbaycan güclü dövlətdir

16:30
14 May

Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib

16:18
14 May

Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır

16:06
14 May

Horovlu kəndində ikinci mərhələ layihələndirmə işlərinə start verildi

16:03
14 May

Si Cinpin ABŞ-Çin münasibətlərində yeni dövr elan edib 

15:59
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!