12 Yanvar 2024 10:30
719
CƏMİYYƏT
A- A+
Onun ən böyük arzusu torpaqlarımızın azadlığı idi

Onun ən böyük arzusu torpaqlarımızın azadlığı idi

 

O, Əliyevlər ailəsinin yeganə oğlu idi... Yayda toyunu eləmək, evə gəlin gətirmək istəyirdilər... Şamaxı Rabitə Kollecində təhsil alan İradə adlı bir qızla bir-birinə könül vermişdilər. Lakin həyat axarındakı qəfil dəyişiklik hər şeyi alt-üst etdi - bir ömür yarıda qırıldı, digərini sonsuz dərd, nisgil ağuşuna aldı... Ürəyindəki Vətən eşqi digər sevgilərə üstün gəldi.
44 günlük qalibiyyət dolu Vətən savaşımızın qəhrəman şəhidi Əliyev Rauf İlyas oğlu 1993-cü il fevralın 11-də Şamaxı şəhərində doğulub. 1999-cu ilin sentyabrından şəhid Elşən Hüseynov adına Şamaxı şəhər 2 saylı tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə Şamaxı İmadəddin Nəsimi adına 1 saylı musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb, sonra Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecinə qəbul olunub. 2012-ci ildə kolleci bitirərək oktyabrın 10-da həqiqi hərbi xidmətə çağırılıb. Əmək fəaliyyətinə 2015-ci il yanvarın 5-dən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbində başlayıb.   
Azərbaycan xalqı şəhadət şərbətini 1990-cı ilin 20 Yanvarında içdi və imperiya qandallarını qıraraq əbədi dövlət müstəqilliyi qazandı. Lakin düşmənlərin təcavüzkar siyasətinin bir hissəsinin acı nəticəsi olan Qarabağ münaqişəsi 30 il idi ki, ərazilərimizin iyirmi faizində bu suverenliyin bərpası və Əsas Qanunumuzun işləməsinin qarşısını alırdı.   
Nəhayət, Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın şəhidpərvərliyindən qaynaqlanan 2020-ci ilin 27 sentyabr - 10 noyabr təntənəli Zəfər yürüşü erməni işğalına birdəfəlik son qoydu. Hələ bu tarixə qədər də - 2016-cı ilin aprelində Lələtəpə-Cocuq Mərcanlıda, 2020-ci ilin iyununda Tovuzda - dəfələrlə xain hücuma keçən yağı düşmən geri oturduldu. Artıq Birinci Qarabağ savaşından xeyli vaxt keçmişdi, igid övladlar böyüyüb şəhid atalarının qisasını alırdılar. Əlavə olaraq, yeni bir müqəddəs ənənə də formalaşmışdı: gənclər şəhid Mübarizi, Fəridi, Raqufu, Poladı həyat amalı seçərək onların yolu ilə gedir, müqəddəs cihadın başlanacağı günü səbirsizliklə gözləyir, fürsət düşəndə düşmənə divan tuturdular. 
Bu barədə anası Səbinə xanım danışır: "21 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin hərbi təlim, yoxlama və xüsusi toplanışına çağırılmışdı. Qapıdan çıxanda qarşısını kəsdim, dedim, ay oğul, 3 ildir nişanlısan, toyun yubanır, görüləsi başqa işlərimiz də var, bəlkə getməyəsən... Cavab verdi ki, ana, nə danışırsan, toy gözləyər, Vətən dardadır, Polad Həşimov kimi generalımız şəhid oldu, biz kimik?.." 
Yeganə oğul itkisinin ailəyə, xüsusən valideynlərə hansı zərbəni vurduğunu anlamaq çətin deyil. Atası İlyas dayının beli bükülüb, səhhətində müxtəlif problemlər yaranıb, geniş dünyagörüşə malik, dərin adam olsa da, çox danışmağı sevmir, dünyanın ən ağır yükünü ürəyində daşıyır... 
Rauf Milli Ordu sıralarında, cəbhə bölgəsində - Ağdamın Yusifcanlı kəndindəki "N" saylı hərbi hissədə xidmət keçir. Bacarıqlı əsgər kimi bölükdə 2012-ci ilin oktyabrında baş atıcı, 2013-cü ilin yanvarında heyət nəfəri, aprelin 2-də məsafə ölçən, oktyabrın 10-da isə manqa komandiri vəzifələrinə təyin olunur. Kəşfiyyatçı koordinator olan çavuş Rauf Əliyev 2013-cü ilin noyabr ayında düşmənin törətdiyi təxribat zamanı öz əsgərlərini qoruyaraq ayağından və kürəyindən yaralanır. Həqiqi hərbi xidmətini 2014-cü il aprelin 3-də təltiflərlə başa vuraraq tərxis edilir...
Uşaqlıq dostu Kamran Kərimov, cəbhə yoldaşları Kamil Vahabov, Abuzər Əliyev və Əhəd Şahverdiyev də şəhidimiz barədə ürək yanğısı, amma qürurla söhbət açdılar: "Vətən müharibəsinin ilk günlərində birlikdə döyüşmüşük. Rauf öndə hərəkət edən kəşfiyyat qrupuna könüllü qatılaraq Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. Talış yüksəkliyi və Suqovuşanın azad olunmasında böyük qəhrəmanlıq, şücaət göstərmişdir. İgid döyüşçü, sədaqətli dost idi... Ərazidə "Ağ uçuq" deyilən meşə sahəsi vardı, orada düşmənin minamyot atəşinə düşdü... Bir təsəllimiz var ki, işğaldan azad olunmuş Vətənin səmasında azad dolaşan ruhu şaddır!" 
Rauf Əliyev 2020-ci il sentyabrın 30-da günorta saatlarında şəhidlik zirvəsinə ucalaraq, oktyabrın 1-də Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olundu.

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!