06 Yanvar 2026 08:30
388
SİYASƏT
A- A+
Ölkəmiz strateji inkişaf mərhələsindədir

Ölkəmiz strateji inkişaf mərhələsindədir


"2025-ci il - "Konstitusiya və Suverenlik İli" başa çatdı. Dövlətin hüquqi əsaslarının, milli maraqlarının və müstəqil qərarvermə iradəsinin ön plana çəkildiyi bu dövr Azərbaycan üçün təkcə təqvim ili deyil, eyni zamanda strateji inkişaf mərhələsi kimi yadda qaldı". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli sərəncamı dövlət müstəqilliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, suverenliyin təmin olunması və milli dövlətçiliyin təməl prinsiplərinin təsdiqi baxımından xüsusi siyasi əhəmiyyət kəsb edib. "Son beş ildə əldə olunan qələbələr ölkə Konstitusiyasında ərazi bütövlüyü və suverenliklə bağlı əksini tapmış mühüm müddəaların real və praktik təsir imkanlarını təmin edib. "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar və aparılan ictimai-siyasi müzakirələr Azərbaycanın müstəqil dövlət kimi inkişaf yolunun hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirdi. Bu müddət ərzində Konstitusiyanın aliliyinin təmin edilməsi, suveren hüquqların qorunması və milli maraqlara əsaslanan idarəetmə modelinin təşviqi dövlət siyasətinin əsas prioritetləri sırasında yer aldı".

Deputat diqqətə çatdırıb ki, Konstitusiya hüququnun fundamental anlayışlarından biri suverenlikdir. Dövlət hakimiyyətinin ali, bölünməz və müstəqil xarakter daşıması ilə səciyyələnən bu anlayış həm siyasi-fəlsəfi, həm də hüquqi mahiyyətə malikdir. Konstitusiya suverenliyin hüquqi çərçivəsini müəyyən edən və onun əsas prinsiplərini normativ müstəvidə təsbit edən ali hüquqi sənəd kimi çıxış edir. Suverenlik dövlətin mövcudluğunu şərtləndirirsə, Konstitusiya həmin mövcudluğun hüquqi əsaslarını formalaşdırır. Son 30 ildə Konstitusiyamız yalnız hüquqi normalar toplusu deyil, həm də Azərbaycan xalqının dövlətçilik idealının ifadəsi kimi çıxış edib. "Onun müddəaları dövlət suverenliyinin, ərazi bütövlüyünün, insan hüquq və azadlıqlarının, eləcə də məhkəmə hakimiyyətinin müstəqilliyinin təmininə xidmət edib. Ermənistanın işğalı nəticəsində dövlət suverenliyimizin pozulması Konstitusiyada təsbit olunmuş bir sıra müddəaların uzun illər tam şəkildə reallaşdırılmasına imkan verməyib. Bu normaların ölkənin bütün ərazisində tam bərqərar olması yalnız 2023-cü il sentyabrın 20-də suverenliyin tam bərpasından sonra mümkün oldu. Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpası ilə yanaşı, Konstitusiyanın hüquqi qüvvəsini de-yure ölkənin bütün ərazisində təmin edən lider kimi tarixə düşdü. Qazanılan qələbələr Konstitusiyamızın ali prinsiplərinin real həyatda tam şəkildə təmin olunmasına şərait yaradıb. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan son beş ildə mütərəqqi sülh gündəliyini Ermənistana və onun havadarlarına qəbul etdirməyə nail olub. Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Ermənistanın mövcud konstitusiyası dəyişdirilmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil. Hazırda sülh danışıqlarına mane olan əsas problem Ermənistan konstitusiyasında və dövlət atributlarında qonşu ölkələrin ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan müddəa və rəmzlərin mövcudluğudur. Rəsmi Bakı hesab edir ki, dayanıqlı sülhün və regional təhlükəsiz əməkdaşlıq mühitinin formalaşdırılması üçün revanşist yanaşmalara son qoyulmalı, keçmişə qayıdışa imkan verilməməlidir. Bu baxımdan Ermənistan konstitusiyasındakı ərazi iddialarına yol açan müddəaların dəyişdirilməsi ilə bağlı Azərbaycanın haqlı tələbinin yaxın dövrdə icra olunacağı artıq şübhə doğurmur", - deyə deputat əlavə edib.

K.Bayramov qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda münaqişə səhifəsinin qapadılması və dayanıqlı sülhün təmin olunması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir. Bu sənəd iki ölkə arasında uzun illər davam edən gərginliyə son qoymaqla yanaşı, Ermənistanda revanşist və köhnə ideoloji yanaşmaların iflasını da ifadə edir. Ermənistan cəmiyyətində sülh prosesinə münasibətin artıq dəyişdiyi, qarşıdurmanın ölkə üçün iqtisadi gerilik və siyasi təcrid yaratdığı açıq şəkildə etiraf olunur.

Deputat bildirib ki, Azərbaycan Konstitusiyası son 30 ildə ölkədə insan hüquqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına və məhkəmə-hüquq islahatlarının ardıcıl şəkildə həyata keçirilməsinə etibarlı hüquqi zəmin yaradıb: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu islahatlar 2003-cü ilin oktyabrından etibarən Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə davam etdirilərək təkmilləşdirilib. Hüquqi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi məhkəmə hakimiyyətinin yenilənməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu strategiyanın nəticəsi olaraq məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsi, hakim korpusunun obyektiv və şəffaf əsaslarla formalaşdırılması, institusional şəffaflığın artırılması və elektron xidmətlərin genişləndirilməsi istiqamətində islahatlar daha geniş miqyas alıb. Prezidentin 2019-cu il 3 aprel tarixində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərman ilə ədliyyə və məhkəmə sistemində yeni mərhələ müəyyən edilib və islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə təkan verilib. Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə fərmandan irəli gələn vəzifələrin icrası, eləcə də ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər davam etdirilir. 

Prezident İlham Əliyev Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə söykənən siyasətini ardıcıl şəkildə davam etdirərək "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Bu addım dövlətin vətəndaşa yönəlik siyasətinin, sosial ədalətə və insanpərvərliyə verdiyi önəmin növbəti bariz nümunəsi kimi qiymətləndirilir. Təqdim olunan amnistiya aktının layihəsi geniş sosial əhatəyə malikdir. Layihəyə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Həmçinin bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər də amnistiyanın əhatə dairəsinə daxil edilir. Bununla yanaşı, amnistiya təşəbbüsü sosial həssas qruplara xüsusi diqqətin göstərildiyini ortaya qoyur".

K.Bayramov vurğulayıb ki, Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yoluna baxdıqda siyasi sistemin davamlı təkmilləşdirildiyi və qabaqcıl dünya təcrübəsinin milli xüsusiyyətlərə uyğun tətbiq olunduğu aydın görünür. Bu yanaşma dövlətimizin sivil və hüquqi dəyərlərə sadiqliyini yalnız bəyanatlarla deyil, konkret addımlarla da təsdiqləyir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, vətəndaş cəmiyyətinin qurulması, demokratikləşmə prosesinin sürətləndirilməsi və hüquqi dövlətin formalaşdırılması sadəcə şüar deyil, Azərbaycanın davamlı və hərtərəfli inkişafı üçün strateji şərtdir. Məhz bu baxımdan humanizmə əsaslanan amnistiya təşəbbüsü dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi çıxış edir və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir.

Deputat deyib ki, "Konstitusiya və Suverenlik İli"ndə həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və aparılan müzakirələr Azərbaycanın suveren dövlət kimi inkişaf yolunu sürətləndirdi. Bu il ərzində konstitusiya və suverenlik prinsiplərinin qorunması, hüquqi dövlət quruculuğunun davamlılığının təmin olunması, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm nailiyyətlər əldə edildi. 2025-ci il həm də gələcək nəsillər üçün dövlətin hüquqi əsaslarına hörmətin, milli suverenliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətini bir daha nümayiş etdirdi.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!