Ölkədə nağdsız dövriyyənin həcmi sürətlə artır
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı noyabrın 6-da Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda danışıb.
V.Qasımlı bildirib ki, Azərbaycanda nağdsız cəmiyyətin qurulması istiqamətində icrası nəzərdə tutulan tədbirlər kompleks xarakter daşıyır və "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlərdə nəzərdə tutulub. Bu tədbirlər vergi sisteminin optimallaşdırılması, zəruri infrastrukturun qurulması, maliyyə savadlılığının artırılması kimi tədbirlərdən başlamış icbari tibbi sığortanın tətbiqi dairəsinin genişləndirilməsi kimi genişspektrli sahələri əhatə edir.
V.Qasımlı həmçinin qeyd edib ki, rəsmi məlumatlara əsasən, bu gün Azərbaycanda hər 10 min nəfərə təqribən 7,2 min ödəniş kartı, 2,5 bankomat, 65 POS-terminal düşür. Pensiyalar, təqaüdlər, sosial müavinətlər, büdcə təşkilatlarında və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə əməkhaqları kart vasitəsilə verilir. Mövcud statistika da artıq müvafiq istiqamətdə müsbət nəticələrin olduğunu, həmçinin əhalidə nağdsız istehlak vərdişlərinin yarandığını deməyə əsas verir: "Xüsusilə debet və kredit kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2019-cu ilin avqust ayının göstəricilərinə əsasən, 2016-cı illə müqayisədə əməliyyatların sayı parametrləri üzrə 1,7 (26 faizdən 44 faizədək), əməliyyatların həcm göstəriciləri üzrə isə 2 dəfə (9,2 faizdən 19,9 faizədək) artıb. Bütün bu tədbirlər nəticəsində iqtisadi dövriyyənin şəffaflaşdırılmasına, gizli iqtisadiyyatın məhdudlaşdırılmasına, vergi bazasının genişləndirilməsinə, əhalinin və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank sektorunun investisiya imkanlarının yaxşılaşdırılmasına nail olunacaq”.
V.Qasımlı onu da diqqətə çatdırıb ki, strateji yol xəritələrində rəqəmsallaşmanın birbaşa və dolayı iqtisadi təsirləri hesablanıb: "Rəqəmsal ödənişlərin geniş tətbiqi ölkədə gizli iqtisadiyyatın həcmini əhəmiyyətli dərəcədə azaltmaqla, ödəmələrin uçotunun aparılmasına, iqtisadiyyatda yaranan əlavə dəyərin tam şəkildə rəsmiləşdirilməsinə və vergi daxilolmalarının artmasına zəmin yaradır. Bu prioritetin həyata keçirilməsi ticarət əməliyyatları və hesablaşmalarda, ümumiyyətlə, maliyyə sistemində şəffaflığın daha da artırılmasını şərtləndirəcək. Tənzimləmə mexanizminin nəzərdən keçirilməsi və müvafiq dəyişikliklərin edilməsi hesabına rəqəmsallaşma maliyyə-bank sektorunda effektivliyin artırılmasına səbəb olacaq”.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!