28 Noyabr 2023 10:44
355
CƏMİYYƏT
A- A+
Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb

Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 28-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib. Qrızda 14, Şahdağ, Altıağacda 13, Gədəbəydə 11, Xaltan, Sarıbaşda (Qax) 10, Göygöldə 4, Əlibəydə (Zaqatala) 3 santimetr olub.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaş (Qax) 15, Altıağacda 14, Xaltanda 12, Oğuzda 11, Qrızda 10, Şəkidə 9, Astara, Şamaxı, Mingəçevir, Qəbələ, Gədəbəydə 8, Lerik, Lənkəran, Yardımlı, Ağsu, Qobustan, İsmayıllı, Şahdağ, Göygöl, Ordubad, Kürdəmir, Zərdab, Xaçmaz, Beyləqan, Zaqatala (Əlibəy), Qusar, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Naftalan, Şəmkir, Ceyrançöl, Ağdam, Balakən, Quba, Tərtər, Şabran, Goranboy, Yevlax, Göyçayda 6 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Qərb küləyi arabir Gəncədə 30 metr/saniyə, Naftalanda 26 metr/saniyə, Ağdamda 25 metr/saniyə, Tərtərdə 20 metr/saniyə, Mingəçevirdə 21 metr/saniyə, Yardımlı, Daşkəsəndə 20 metr/saniyə, Lerik, Bərdədə 19 metr/saniyə, Şəki, Biləsuvar, Gədəbəy 18 metr/saniyə, Zaqatalada 17 metr/saniyə, Bakıda və Abşeron yarımadasında 30-32 metr/saniyəyədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!