25 Iyun 2024 17:40
285
DÜNYA
A- A+

Oksigenə ehtiyacı olmayan ilk canlı kəşf edilib

 

Tədqiqatçılar tarixdə ilk dəfə olaraq yaşamaq üçün oksigenə ehtiyacı olmayan canlı növü kəşf ediblər. Meduzaya bənzər quruluşa malik parazitin mitoxondrial genomu yoxdur. Hər hüceyrədə çoxlu sayda olan mitoxondriyalar, oksigendən enerji istehsal etmək rolunu oynayır. Mitoxondrilərin olmaması isə bu canlının oksigenə ehtiyacı olmadığını göstərir.

Bu kəşf təkcə Yerdəki həyat haqqında anlayışımızı dəyişdirmir, həm də yerdən kənar canlıların axtarışına əhəmiyyətli dəstək verir. Yerdəki həyat 1.45 milyard il əvvəl aerob tənəffüs edəcək şəkildə təkamül edib. Qırmızı qan hüceyrələri istisna olmaqla, bütün hüceyrələrimizdə mitoxondriya var. Bəzi canlılar oksigensiz nəfəs ala bilir, lakin bu canlılar tək hüceyrəlilər olaraq adlanır.

Təl-Əviv Universitetindən Dayana Yahalomi və onun komandasının tədqiq etdiyi "Henneguya salminicola" adlı quruluş hüceyrənin içərisində oksigen olmadan yaşaya bilir. DNT analizi nəticəsində məlum olub ki, bu strukturlar təkcə mitoxondrilərini deyil, həm də əlaqəli bütün strukturları və genləri itirib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video