Nüvə silahından istifadə riski yüksəkdir
Nüvə silahından istifadə təhlükəsi son onilliklər ərzində son dərəcə yüksək səviyyədədir. Bu xəbərdarlığı “Karnegi” fondunun təşkil etdiyi videokonfransda BMT baş katibinin müavini, tərksilah üzrə ali nümayəndə İdzumi Nakamitsu səsləndirmişdir.
Nakamitsu vurğulamışdır ki, nüvə silahından məqsədyönlü hərəkətlər, təsadüfi səhv və ya hadisə üzündən istifadə edilməsi riski soyuq müharibə dövründən bəri ən yüksək səviyyədədir. O həmçinin qeyd etmişdir ki, BMT sürətlə silahlanma və regional gərginlik fonunda yaranmış bu vəziyyətdən son dərəcə narahatdır. “Biz dialoqun olmamasını, şəffaflığın azalmasını müşahidə edirik. Silahlara nəzarət rejimi çökməkdə davam edir”.
Xatırladaq ki, nüvə silahlarına nəzarət Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında cari ayın 16-da Cenevrədə keçirilmiş görüşdə müzakirə mövzularından biri idi. Liderlər birgə bəyanatla çıxış edərək bildirmişlər ki, hər iki tərəf hətta gərginlik dövrlərində strateji sabitliyi təmin etmək, silahlı münaqişə və nüvə müharibəsi təhlükəsi risklərini azaltmaq kimi ümumi məqsədləri reallaşdırmaqda tərəqqi əldə etməyə qadir olduğunu nümayiş etdirmişdir. Tərəflər bu məqsədlərə nail olmaq üçün tezliklə strateji sabitlik mövzusunda hərtərəfli dialoqa başlayacaqlar. Bu dialoq vasitəsilə ABŞ və Rusiya gələcəkdə silahlara nəzarət və risklərin azaldılması tədbirlərinin təməlini qoymağa səy göstərəcəklər.
Eyni zamanda Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun bu yaxınlarda yayımladığı hesabatda qeyd olunur ki, dünyada təxminən 2000 nüvə başlığı döyüşə yüksək hazırlıq vəziyyətinə gətirilmişdir. Bu başlıqların əksəriyyəti Moskva və Vaşinqtona məxsusdur. Planetdə nüvə silahı ehtiyatlarının 90 faizindən çoxu da Rusiya və ABŞ-ın sərəncamındadır. Hesabatda vurğulanır ki, bu iki ölkə öz milli təhlükəsizlik strategiyalarında nüvə silahına getdikcə daha çox əhəmiyyət verir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!