Nur şəhərində bayram sevinci yaşanır
Mingəçevir bayrama hazırlaşır. Şəhər sakinləri bu bayram ovqatı ilə Səməd Vurğun adına meydana toplaşmışdılar. Meydan isə səliqə-sahmanlı idi.
Bu da bayram şənliyi. Kəndirbazların, pəhlivanların, idmançıların təqdim etdikləri müxtəlif oyunlar, Keçəlin, Kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyələri, Bahar qızın xoş arzuları toplaşanların alqılşları ilə qarşılanırdı. Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının çıxışları, şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdiyi rəqs və mahnılar, musiqiçilərin ifaları, şənliyə gələn uşaqların rəqsləri də şəhər sakinlərində xoş ovqat yaradırdı.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək mingəçevirlilərə bayram təbriklərini çatdırdı. Qeyd etdi ki, yurdumuza təmizlik, saflıq, gözəllik rəmzi olan bahar bayramı qədəm qoyur: "Bu bayram münasibətilə bütün mingəçevirliləri, şəhərimizin qonaqlarını və müvəqqəti məskunlaşan məcburi köçkün bacı və qardaşlarımızı səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, uzun ömür, xoş bahar ovqatı arzulayıram".
Məlumdur ki, sovet imperiyası dövründə Novruz bayramının qeyd olunmasına icazə verilmirdi. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli adət-ənənələrimiz dirçəldilməyə, Novruz bayramı dövlət səviyyəsində qeyd edilməyə başlandı. Prezident İlham Əliyev də qədim və zəngin milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsini daim diqqətdə saxlayır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə apardığı işlər nəticəsində isə Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildən BMT Baş Assambleyasının qərarına əsasən, mart ayının 21-i "Beynəlxalq Novruz günü" elan edilmişdir.
44 günlük Vətən savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 30 ilə yaxın bir dövrdə işğal altında olmuş torpaqlarımızı azad etmiş, ərazi bütövlüyümüz bərpa olunmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri aparılır. Yaxın vaxtlarda həmin ərazilərdə həyat bərpa olunacaq, soydaşlarımız kütləvi şəkildə yurd-yuvalarına qayıdıb Novruzu dədə-baba ocaqlarında qeyd edəcəklər.
Bütün bu uğurların fonunda Mingəçevir də inkişaf edir. Son illər şəhərdə abadlıq-quruculuq işləri sürətlənmiş, küçə və prospektlərdə, məhəllədaxili ərazilərdə abadlıq işləri genişləndirilmişdir. Baharın gəlişi isə Mingəçeviri daha abad, səliqəli və gül-çiçəkli etmişdir. Küçə və meydanlar öz libasını dəyişmiş, yüksəkmərtəbəli binalar müasir görkəm almışdır. Bu işlərdə şəhər sakinləri də yaxından iştirak etmişlər və bu, mingəçevirlilərin Novruz bayramına ən gözəl töhfəsi olmuşdur.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb
02 Aprel
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
02 Aprel
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb ...
02 Aprel
Azərbaycan-Çin münasibətləri tarixi İpək Yolu üzərində ənənəvi dostluq nümunəsidir ...
02 Aprel
Laçın-Xankəndi yolu: Ekoaksiya 112 gündür davam edir
02 Aprel
Türkiyənin Kastamonu şəhərində zəlzələ baş verib
02 Aprel
Səfir: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli və daxili işlərinə qarışma...
02 Aprel
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 92 avtomobil sərbəst keçib
02 Aprel
Lələtəpə qələbəsi Böyük Zəfərin ilk müjdəsi idi
02 Aprel
Qərbi Azərbaycandan olan soydaşlarımız da əzəli torpaqlarına qayıdacaqlar
02 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!