Nizami Gəncəvinin ədəbi irsi bəşəriyyətin söz xəzinəsinə mühüm təsir göstərib
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu panel iclaslarla davam edir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirin ikinci iş günü – noyabrın 25-də “Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusu üzrə panel iclas keçirilib.
Macarıstanlı professor Miklos Sarkozinin moderatorluğu ilə keçirilən sessiyada ilk olaraq “LiFFt” nəşrinin baş redaktoru Marqarita Almuhammedovanın "Nizami poeziyası: dünən, bu gün və gələcəkdə" mövzusunda məruzəsi dinlənilib. O, Nizami Gəncəvi yaradıcılığının rəhbərlik etdiyi nəşrdə əsərlərin çapı ilə bağlı məlumat verib. Məruzəçi Rusiya və Qazaxıstan alimlərinin Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarından söz açıb.
Rusiya Milli Kitabxanasının şöbə müdiri Olqa Yastrebova "Nizami yaradıcılığı və qəhrəmanlarının miniatürləri. Rusiya Milli Kitabxanasında qorunan kolleksiya" mövzusunda məruzə edib.
İştirakçıların diqqətinə çatdırılıb ki, Rusiya Milli Kitabxanasında Nizamiyə dair 24 əlyazma var. O.Yastrebova miniatürlərin ideya-bədii xüsusiyyətlərini təhlil edib. Bildirib ki, “Xosrov və Şirin” əsərinə çəkilmiş miniatürlər öz unikallığı ilə seçilir. 1482-ci ildə Heratda yaradılan miniatürlər rəng və ekspressiyasına görə fərqlənir. Fərhadın obrazında daha çox detallar görmək olur. Geyimi onun adi əməkçi sinfinə aid olduğunu göstərir. Buxara və Kəşmir miniatürlərində Fərhad obrazı, ümumiyyətlə, çarıqsız, ayaqyalın göstərilib.
Məruzəçi həmçinin kolleksiyada qorunan "Leyli və Məcnun", "Yeddi gözəl" (Şiraz, 1479) miniatürləri ilə bağlı da məlumat verib. “Yeddi gözəl” əlyazmasında rəssamlar Bəhramın musiqiçilərlə görüşünü, şirlərlə mübarizəsini təsvir ediblər.
Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun əməkdaşı Gaga Lomidze "XII və XVIII əsrlərdə Nizami yaradıcılığının gürcü ədəbiyyatına təsiri" mövzusunda çıxış edib. Ş.Rustavelinin Nizamidən bəhrələnərək qələmə aldığı əsərlərdən söz açan məruzəçi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin son illərdə inkişaf etdiyini vurğulayıb. O, Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandırıb. Qeyd edib ki, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri aydın görünür.
Tbilisi Dövlət Universitetinin professoru Maka Elbakidze "Mədəniyyətlər arasında körpü – Rustaveli və Nizami" mövzusunda məruzə ilə çıxış edib. Hər iki mütəfəkkirin mistik sevgiyə müraciət etdiyini, sufi poeziyasında isə daha dərin qatlara təsir etdiyini vurğulayıb. Əsərlərdəki sevginin daha yüksək, Allaha yaxın hisslərlə təsvir edildiyini vurğulayan alim bu mərhələlərdə hər iki şairin fəlsəfi baxışlarındakı yaxınlığı qeyd edib. Bildirilib ki, gürcü professorlardan Pavel İnkorokvanın fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün Şərq mədəniyyəti gürcü mədəniyyəti qədər yaxın və doğma idi.
Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov "Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu" mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Nizami və Əlişir Nəvai xalqlarımız arasında karandaşla körpü yaradaraq xalqlarımızın mədəni əlaqəsinin təməlini qoymuşlar.
Professor qeyd edib ki, Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır, Azərbaycan Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də hər iki ölkənin mədəniyyət və ədəbiyyat xadimlərinin təbliğində layiqli layihələr həyata keçirir. Mərkəz ilk dəfə özbək dilində "Xəmsə"ni nəşr etdirib. Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır və təhsil ocağının qarşısında şairin heykəli var. Gəncədə anadan olan mütəfəkkir bütün türk xalqlarının oğludur. Özbək xalqı da Əlişir Nəvai və Nizamiyə eyni sevgini bəsləyir. Bu sevgi xalqlarımız arasında qarşılıqlıdır. İki ölkənin iki dahi şairi xalqlarımızı bir-birinə daha yaxın edir.
Sonra Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Hanzade Güzeloğlunun “Yeddi gözəl” poemasında deyimlər: Abdi – Nizami qarşılaşdırması” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı bildirib ki, Nizaminin “Yeddi gözəl”indən sonra Əmir Xosrov Dəhləvi, Rai Hidayətullah və Dərviş Əşrəf, Əlişir Nəvai, Sübhizadə Feyzi, Bursalı Lami Çələbi, Abdi və başqaları bu mövzuda əsərlər yazıblar.
Abdinin əsəri Nizami “Yeddi gözəl”inin türkcəyə tərcüməsidir. İcmal xarakterli bu tərcümədə Nizaminin əsərdə yaratdığı əsas sxem saxlanılıb. Ümumiyyətlə, Nizami özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsir göstərib və bir çox ədiblər onun irsindən bəhrələnərək əsərlər meydana gətiriblər.
Türkiyəli digər araşdırmaçı Zaur Şüküroğlu isə "Türkiyədə Nizami Gəncəvi yaradıcılığının tədqiqi” mövzusunda məruzəsində qardaş ölkə alimlərinin bu sahədə apardığı elmi tədqiqatlar barədə məlumat verib.
Məruzələrdən sonra panel iclas diskussiyalarla davam edib.
Qeyd edək ki, “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunan foruma noyabrın 26-da yekun vurulacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!