Milli Məclisin deputatı Pərvanə Vəliyeva Nigeriyanın dövlət radiosu “Sobi 101.9 FM İlorin”in qonağı olub, radionun redaktoru və aparıcısı Dare Akoqunun Fransa rəsmilərinin son günlərdə Azərbaycanla bağlı ittihamlarını və qlobal dünyada dekolonizasiya prosesi ilə əlaqədar suallarını cavablandırıb.
AZƏRTAC xəbər verir ki, radioya müsahibəsində P.Vəliyeva bu yaxınlarda əsası Azərbaycanda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Yeni Kaledoniyada Konqresinin keçirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, Fransa rəsmiləri adaların müstəmləkəsizləşdirilməsi prosesini Fransanın daxili işi adlandırır və Bakı Təşəbbüs Qrupunu (BTQ) Fransanın daxili işlərinə qarışmaqda ittiham edir. Ancaq fundamental insan haqları və azadlıq istəyi heç bir ölkənin daxili məsələsi sayıla bilməz və öz ölkələrini demokratiyanın beşiyi adlandıran Fransa rəsmiləri də bunu yaxşı anlayırlar. XXI əsrdə müstəmləkəçiliyə yer yoxdur və bu ərazilərin öz müqəddəratını təyinetmə hüququ BMT-nin dekolonizasiyaya dair qətnamələrinə, xüsusən 1960-cı ildə qəbul edilən 1514 saylı qətnaməyə uyğun olaraq tanınmalıdır. Bu bəyannamə bütün formalarda müstəmləkəçiliyə tez və qeyd-şərtsiz son qoymağa çağırır. 2022-ci ildə qəbul edilən 77/148 saylı Qətnamə isə müstəmləkəsizləşdirmə ilə bağlı məlumatların yayılmasına diqqət yetirir, bu proses haqqında qlobal ictimai rəyin məlumatlandırılmasının vacibliyini vurğulayır. Fransa koloniyalardakı yarıtmaz siyasətini, xalqın haqlı tələblərini dinləmək əvəzinə xarici müdaxilə tezisini ortaya atıb, diqqəti yayındırmaq istəyir. Sanki günahkar dekolonizasiya tələb edən şəxslər və BTQ-dir. Halbuki, BTQ Fransa tərəfini əməkdaşlığa dəvət edir.
Deputat əlavə edib ki, BTQ təkcə Yeni Kaledoniyada deyil, BTQ-dən dəstək istəyən bütün ərazilərdə dekolonizasiya prosesinə yeni nəfəs gətirib. Qlobal bir platforma olaraq, koloniyaların səslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, onların öz fikirlərini ifadə etmək üçün güclü bir platforma təmin edərək beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışır. Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb və mübarizə üçün institutlaşma artıq mövcuddur. Beynəlxalq QHT olaraq BTQ bu istiqamətdə fəal şəkildə məşğul olur.
Azərbaycanın XXI əsrdə davam edən müstəmləkəçilikdən və onun yeni təzahürlərindən dərin narahatlıq keçirdiyini bildirən P.Vəliyeva vurğulayıb: “Azərbaycan beynəlxalq ictimaiyyəti iyrənc neo-kolonializm praktikasına göz yummamağa, xüsusilə Fransanın nəzarətində olan ərazilərdə məcburi assimilyasiya siyasətinə qarşı çıxmağa çağırıb və neo-kolonializmə qarşı yeni mübarizə başladıb. Prezident İlham Əliyevin bu mövzunu nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirməsi, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi məsələsini irəli sürməsi, keçmişdə və hazırda müstəmləkə şəraitində yaşayan xalqlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində çoxtərəfliliyin dəyərlərini təşviq edib və bu məqsədlə Qoşulmama Hərəkatı Parlament, Gənclər və Qadınlar şəbəkələrinin yaradılmasına təşəbbüs göstərib. Ölkəmiz QH-yə sədrliyi dövründə həm də yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizənin əsas lokomotivi rolunu öz üzərinə götürüb. Məhz sədrliyimiz dövründə Bakı Təşəbbüs Qrupu yaradılıb.
Dünyanın bir çox bölgələrində, o cümlədən Afrikanın keçmiş Fransa müstəmləkələri – Niger, Burkina Faso, Seneqal, Əlcəzair, Tunis, Mali və digər ölkələrdə postkolonial idarəetmə strukturları ilə bağlı problemlər hələ də mövcuddur. Lakin görünən odur ki, son zamanlarda bu ölkələr də suverenlik və dekolonizasiya uğrunda mübarizəni genişləndirmək üçün ciddi qərarlar qəbul edirlər.
Azərbaycan qlobal səviyyədə müstəmləkəçiliyin bütün formalarının azaldılması və aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Çünki müstəqillik müstəmləkələrin qanuni haqqıdır”.
Bakıda kommunal strukturlar gücləndirilmiş rejimdə işləyir
Volodimir Zelenski: Ukrayna ABŞ Prezidenti ilə faydalı razılaşmaya hazırdır
Kendo ustası Masanori Yasue Azərbaycan İdman Akademiyasında təlim keçib
Nəqliyyat naziri: Zəngəzur dəhlizi Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək
Azərbaycan-ATƏT əməkdaşlığı və Avropa təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Bakıda Küveytin Milli Günü qeyd olunub
Astanada Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi müzakirə edilib
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Milli Məclisdə olub
Ballıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir
Ballıca sakini: Prezidentlə görüş bizdə ruh yüksəkliyini daha da artırdı
Ballıca sakini: Çox şadıq ki, dövlətimizin başçısını doğma kəndimizdə qarşıladıq
Səfir: Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb
Faktiki hava: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir
XİN BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələni şərh edib
Butan Milli Assambleyasının sədri: Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərimi hökumətə çatdıracağam
Senatın sədri: Pakistan və Azərbaycan daim bir-birini dəstəkləyən qardaş ölkələrdir
Türkiyə ilə iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib
Pakistan Hərbi Dəniz Qüvvələri Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
Xəzər dənizində xilasetmə işləri həyata keçirilib
İsraillə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!