03 Noyabr 2025 12:58
448
SİYASƏT
A- A+
Niderland Krallığı keçmişdəki qəddar koloniya siyasətindən bu gün də faydalanır  

Niderland Krallığı keçmişdəki qəddar koloniya siyasətindən bu gün də faydalanır  


Niderlandın Baş naziri Mark Rutte 2022-ci ildə Haaqa şəhərində Milli Arxiv İdarəsində keçirilən tədbirdə jurnalistlərin qarşısına çıxaraq vaxtıilə ölkəsinin koloniyası olan xalqlardan quldarlıq siyasətə görə üzr istəyən ilk Avropa siyasətçisi oldu.

“Quldarlığın acı nəticələrini biz öz üzərimizdə hiss etməmişik. Müasir dövrdə bizim heç bir günahımız yoxdur. Mən elə düşünürdüm ki, quldarlıqda Niderlandın rolu artıq uzaq keçmişdə qalıb. Lakin mən yanlış fikirdə olmuşam”, - deyə Mark Rutte vurğulayıb.

Yəqin yanlış fikirdə olan Baş nazir Niderlandın nəyin və kimlərin hesabına varlandığını gec də olsa başa düşüb ki, bu da rusların atalar sözündə deyildiyi kimi - “gec olmağı, heç olmamağından yaxşıdır”.

Niderland Krallığının kolonial siyasəti digər Avropa ölkələrindən onunla fərqlənirdi ki, onlar qul alverinə daha çox üstünlük verirdilər. Amsterdamdan çıxan ticarət gəmiləri Afrika sahillərinə gəlib burada qaradərili insanları tutub Latin Amerikası və Karib dənizi adalarındakı qul bazarlarında satırdılar. Fransanın tanınmış dəniz tarixçisi Şarl de La Ransuer “Avropa: Feodalizmdən Renessansa” kitabında qeyd edirdi ki, hollandlar XVIII əsrdə təkcə Afrikadan 15 milyon insanı zorla tutub qula çevirərək Latın Amerikasında satıblar. Qulların daşınması xüsusilə ağır proses idi. Ticarət gəmiləri - əslində isə qul alveri ilə məşğul olan tacirlər və onların silahlı quldur dəstələri aylarla dənizdə üzürdülər. Dənizçilər əsasən cinayətkar və avantüristlərdən ibarət olurdu. Onlar yol boyu qul qadınları, uşaqları zorlayır və amansız işgəncələrə məruz qoyurdular. Su və yemək çatmadığı üçün “canlı yükün” 25-30 faizi yolda həlak olurdu.

Kral 5-ci Karl Lorenço Quvenot adlı sahibkara qul alveri üzərində monopoliya qurmaq və ildə 4-5 min qul satmaq icazəsi verir. Lakin acgöz sahibkar qaçaqmalçılıq yolu ilə hər dəfə gəmiyə 1000 nəfərə yaxın qul “yükləyir”. Amerikanın ərazi sularına daxil olanda gəmiyə yaxınlaşan mühafizəçilər artıq yükü görməsin deyə 100-150 qulu açıq dənizə atırdılar. Sənədlərdə qullar “Hindistan əşyası” adı ilə qeyd olunurdu. İkiuşaqlı qadınlar da “1 Hindistan əşyası” sayılırdı. Bu işləri əsasən dövlətin iştirakı və dəstəyilə yaradılmış Niderlandın “Vest-Hindistan” şirkəti həyata keçirirdi. Şirkətə rəhbərlik edənlərin qulları işə məcbur etmək üçün metodları isə bir qulu digər qulların gözü qarşısında ölənə kimi qamçı ilə döyməkdən ibarət idi.

Mənbələrdə qeyd olunur ki, həmin dövrdə Niderlandın ümumi daxili məhsul istehsalının 10 faizi qul ticarətinin payına düşürdü. İndoneziyanı işğal edəndə hollandiyalılar burada 300 min adamı qətlə yetirmiş, təxminən bir o qədrini də qula çevirib satmışdılar. Oxşar proseslər Surinam, Seylon, Şimali Amerikada, Hindistanda, Yava adasında da baş vermişdi. Niderland 1609-cu ildə Malay arxepilaqını, Yava və Madur adalarını işğal edərək buradan kakao, şəkər çuğunduru, pambıq idxal etməyə başladı. Yerli əhalinin azlığı səbəbindən plantasiyalarda Afrikadan gətirilən qullar işlədilirdi.

XVII əsrin 60-70-ci illərində İngiltərə ilə müharibədən sonra Niderland Şimali Amerikadakı koloniyalarını güzəştə getmək məcburiyyətində qaldı. Lakin sonralar Antil adaları-Aruba, Sint-Marten, Bonuyera, Saba və Sunt-Estatisi ələ keçirdi.

Hollandların qullarla rəftarı o qədər qəddar və insanlıqdan kənar idi ki, Avropanın humanist düşüncəli ziyalıları buna biganə qala bilməyiblər. Tanınmış ingilis yazıçısı Afra Ben, görkəmli fransız yazıçısı Fransua-Mari Volter, Con Qabriel Stedman və başqaları real həyat hekayələrinə əsaslanan romanlar yazıblar.

F.Volter yazırdı: “Əgər şəkər çuğunduru yığan qulun barmağını oraq kəsdisə onda onun əlini də kəsirdilər. Əgər qul qaçmaq istəyirdisə onda onun ayağını kəsirdilər ki, biz Avropada şəkər tozundan istifadə edib ağzımızı şirin edək. Bu, bizim şəkər tozu ilə təmin olunmağımızın qiymətidir”.

C.Q. Stedman gənc yaşlarında polkovnik Lui Furjonun dəstəsinə qoşularaq Surinamda qulların üsyanını yatırmağa gedir və 5 il xidmətdən sonra kapitan rütbəsilə qayıdaraq “Surinamda zəncilərin üsyanının yatırılması haqqında beş illik hekayə” kitabını yazır. Xatirələri əsasında dərc etdirdiyi kitabında yazır: “Əgər zənci tam taqətdən düşüb daha işləyə bilmirsə onu at və it kimi güllələmirlər, ağaca bağlayıb gündə bir dəfə bir stəkan su verirdilər və qul tədricən ölürdü. Bunu holland sahibkarları humanizm kimi göstərir və deyirdilər ki, qulu heç kim öldürmədi o, öz əcəli ilə öldü”.

Vilyam Bossman adlı bir sahibkar (qul alverçisi) isə deyirdi: “Sizi başa düşürəm, yəqin siz quldarlığı vəhşilik hesab edirsiniz, lakin qullara böyük ehtiyac var və ona görə də qul alverini daha da genişləndirmək lazımdır. Əlbəttə, biz qulların bir qədər artıq yaşaması üçün onların qayğısına qalırıq, xüsusi ilə qadınların, axı onlar kişilərdən zəifdir”.

Kitabda qeyd olunub ki, qulun əli plantasiyada işləyənlərə nəzarət edən ağ adama dəydiyinə görə onu qamçı ilə döyüb cəzalandırırdılar.

Arfa Ben afrikalı qəbilə başçısının oğlunun və sevgilisinin qul həyatından roman yazıb.

İkinci Dünya müharibəsindən sonra Niderland koloniyalarında üsyanlar baş qaldırır və dünya ictimaiyyəti koloniyalarda baş verən vəhşilikdən xəbər tutur. Müharibədən sonra İndoneziya, 1975-ci ildə isə Surinam müstəqillik əldə edirlər. Antil adaları bu gün də Niderlandın koloniyası olaraq qalır.

Qərb mətbuatının yazdığına görə Niderland Krallığı bu gün də koloniyalardan gəlir əldə edir. Belə ki, Amsterdam şəhərindəki “Riysk” muzeyi ildə 235 milyon avro gəlir əldə edir. Bu muzeydə Afrika və Asiyadan mənimsənilərək gətirilmiş 5000 unikal eksponat var. Minlərlə turist Buddanın qeyri-adi heykəlinə, İndoneziya sultanına məxsus 70 karatlıq çox nadir brilyanta və digər ekspozisiyalara baxmağa gedirlər.

2022-ci ilin yanvarında Niderlandın kralı Vilyem Aleksandr rəsmi qaydada bəyan etdi ki, özü və ailə üzvləri XIX hazırlanmış və ənənəvi olaraq rəsmi mərasimlərdə istifadə etdiyi “Qızıl faytondan” imtina edir. Bunun səbəbi isə faytonun qapılarında “koloniyadan haqq” sözlərinin yazılması və bir neçə qaradərili afrikalı ilə asiyalının ağ dərili qadının qarşısında əyilib ona kakao və şəkər çuğunduru təqdim etməsinin həkk olunması ilə bağlıdır. Qaradərililər koloniyaları, ağ dərili xanım isə rəmzi olaraq Niderlandı təmsil edir.

Bütün bunlarla kral ölkəsi keçmişini unutmağa və unutdurmağa çalışır. Bəs Niderlandın quldarlıq siyasətinin nəticələrini bu gün ağır vəziyyətdə yaşayan Afrika və Asiya xalqları unudacaqmı?

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!