27 Mart 2023 14:10
653
Səhiyyə
A- A+
Nevroloq: Epileptik tutmaların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər

Nevroloq: Epileptik tutmaların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər

 

Epilepsiya xroniki xəstəlik olaraq epilepsiya tutmaları ilə müşayiət olunur. Epilepsiya tutması sinir sistemindəki bir qrup sinir hüceyrəsində müəyyən müddət ərzində sinxron həyəcanlanmanın olması nəticəsində yaranır.

AZƏRTAC xəbər verir ki, bunu Sabunçu Tibb Mərkəzinin həkim-nevroloqu Vəfa Babayeva deyib.

Onun sözlərinə görə, epilepsiya qısamüddətli beyin funksiyasının pozulması ilə əlaqədardır və beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması nəticəsində meydana gəlir: “Bəzi epilepsiya növləri eyni vaxtda və ya ardıcıl olaraq yarana bilər. Bu da insanlarda bir çox əlamət və simptomların müşahidə olunmasına səbəb olur. Epileptik tutmaların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər. Xəstəliyin bəzi əlamətlərini də bilmək vacibdir, çünki onlar epileptik tutmadan əvvəl yarana bilir. Anidən güclü qorxu, narahatlıq hissi, ürəkbulanma, baş gicəllənməsi, görmədə problem, baş ağrısı, ayaqların və əllərin hərəkətlərində qismən nəzarətin itməsi epileptik tutmadan əvvəl müşahidə edilən əlamətlərdir. Sözügedən hallardan sonra köpüklü ağız, dili dişləmək və dişlərin sıxılması, sürətli göz hərəkətlərinin qəfil başlaması bir insanın epileptik tutma keçirəcəyini göstərə bilir”, - deyə nevroloq bildirib.

V.Babayeva qeyd edib ki, epilepsiya xəstəliyinin yaranmasının əsas səbəbini dəqiq müəyyən etmək mümkün deyil: “Doğuş travmaları, əvvəlki qəzalarla bağlı kəllə-beyin travmaları, irəli yaşlarda beyin damarlarında görülən damar anomaliyaları, yüksək hərarət xəstəlikləri, qan şəkərinin həddindən artıq azalması və beyin iltihabları epilepsiya xəstəliyinə meyilliliklə bağlı səbəblərdəndir. Diaqnoz qoymaq üçün məlumat toplamaq məqsədilə qan analizi, elektrokardioqram, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiya (MRT) və digər müayinələr aparılır.

Tutmaları başladan ən geniş yayılmış stimullaşdırıcı amillər isə yorğunluq, yuxusuzluq, stres, alkoqol qəbulu, kofein və sintetik qidalar, kəskin günəş şüası, dərmanların vaxtında qəbul olunmamasıdır. Epilepsiya xəstəliyindən əziyyət çəkən insanların çoxu epilepsiya əleyhinə dərmanlarla müalicə edilə bilər. Dərmanlar tutmaları dayandırmaq üçün nəzərdə tutulub. Buna görə dərmanların müntəzəm istifadəsi vacibdir. Xəstələr qəbul etdikləri dərmanları həkim məsləhəti ilə dayandırmalıdır. Dərman terapiyası xəstələrin əksəriyyətində təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti verməyə bilər. Bu zaman isə xəstələrdə epilepsiyaya səbəb olan əsas vəziyyətə görə cərrahi müalicələr tətbiq olunur”.

Həkim-nevroloq epileptik tutmalar zamanı ilkin yardımdan da bəhs edib: “İlk olaraq xəstənin bir tərəfində diz çökmək, öz tərəfinizdəki qolunu ovuc səthi yuxarıya baxmaq şərtilə başına paralel istiqamətdə dirsəkdən 90° bucaqla bükmək, əks tərəfdəki əlini gətirib öz tərəfinizdən başının altına qoymaq lazımdır. Sonra onun əks tərəfdəki dizini qatlayıb öz tərəfinizə keçirin və xəstəni özünüzə tərəf uzatmaq, xəstənin başını tutaraq çənəsini bir əl ilə yuxarı qaldırmaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!