“Nəqliyyat haqqında”, “Aviasiya haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1588-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. "Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399; 2000, № 7, maddə 486; 2001, № 12, maddə 731; 2002, № 5, maddə 241; 2008, № 11, maddə 957; 2011, № 7, maddə 610; 2014, № 4, maddə 335; 2017, № 12 (I kitab), maddə 2212; 2019, № 6, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin dördüncü abzasında "ödəniş və ya muzdla” sözləri "haqq müqabilində” sözləri ilə və "hüququ və ya başqa qanuni əsaslarla” sözləri "və ya istifadə hüququ ilə” sözləri ilə əvəz edilsin;
1.2. 9-cu maddənin 3-cü hissəsinin birinci abzasına "yükgöndərən” sözündən sonra "və ya onun səlahiyyətləndirdiyi digər şəxs” sözləri əlavə edilsin;
1.3. 19-cu maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
"3. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə uyğun həyata keçirilir.”.
Maddə 2. "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 689; 2007, № 12, maddə 1218; 2009,
№ 12, maddə 948; 2011, № 3, maddə 169; 2015, № 1, maddə 10, № 2, maddə 95; 2016, № 10, maddə 1604; 2017, № 3, maddə 338, № 5, maddə 693; 2018, № 10, maddə 1960, № 12 (I kitab), maddə 2514; 2019, № 6, maddə 989) aşağıdakı məzmunda 48.5-1-ci maddə əlavə edilsin:
"48.5-1. Yükgöndərən daşıma müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yükgöndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.”.
Maddə 3. "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22, № 12 (I kitab), maddələr 2510, 2517; 2019, № 3, maddə 374, № 8, maddə 1379) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.0.9-cu maddəyə "əsaslarla” sözündən sonra "haqq müqabilində” sözləri, "yerinə yetirən” sözlərindən sonra ", mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan” sözləri əlavə edilsin;
3.2. 14-cü maddə üzrə:
3.2.1. 14.1.2-ci maddədə "hüququ və ya digər qanuni əsaslarla” sözləri ", icarə və ya istifadə hüququ ilə” sözləri ilə əvəz edilsin;
3.2.2. 14.2.4-cü maddədə "və digər qanuni əsaslarla sərəncamında” sözləri ", icarəsində və ya istifadəsində” sözləri ilə əvəz edilsin;
3.2.3. 14.2.5-ci maddədə "və digər qanuni əsaslarla istifadə (icarə, etibarnamə və s.)” sözləri ", icarə və ya istifadə” sözləri ilə əvəz edilsin;
3.3. 27.2-ci maddədə "və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.)” sözləri ", icarəsində və ya istifadəsində” sözləri ilə əvəz edilsin;
3.4. 37.1-ci maddəyə "təyinat məntəqəsinə” sözlərindən əvvəl "haqq müqabilində olduğu yerdən” sözləri əlavə edilsin və həmin maddədə "yükgöndərən isə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa,” sözləri "yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə” sözləri ilə əvəz edilsin;
3.5. 58.1-ci maddəyə "əvvəl” sözündən sonra "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861-ci maddəsi,” sözləri əlavə edilsin.
Maddə 4. "Dəniz limanları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 464; 2019, № 6, maddə 990) 3.1.21-ci maddəsinə "əsaslarla” sözündən sonra "haqq müqabilində” sözləri, "yerinə yetirən” sözlərindən sonra ", mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2020-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!