03 Noyabr 2022 01:14
5189
İQTİSADİYYAT
A- A+
Neft Daşlarını gərək gözlərinlə görəsən

Neft Daşlarını gərək gözlərinlə görəsən

 

73 yaşı tamam olan bu dəniz şəhəri dünyanı heyrətləndirməkdə davam edir

 

Neft Daşlarının 73 yaşı tamam olur. İndiki adını almazdan əvvəl bu bənzərsiz məkan "Qara daşlar", "Yeddi gəmi adası" kimi tanınıb. Sonralar Neft Daşlarını obrazlı şəkildə "Möcüzələr adası", "Dünyanın yeddinci möcüzəsi", "Əfsanəvi şəhər" də adlandırıblar.  Xəzərin qoynunda, polad dirəklər üstündə salınmış Neft Daşları, əslində, analoqu  olmayan mədən-şəhərdir.
 Bir sözlə, Neft Daşlarına çox gözəl və mənalı adlar verilib, təriflər deyilib. Azərbaycanın Xəzərdə yaratdığı bu  əfsanə  sənətdə də əbədiləşdirilib, ona bədii əsərlər, kinofilmlər, mahnılar, tablolar  həsr edilib. Məşhur kinorejissor Roman Karmen 1953-1959-cu illərdə burada "Xəzər neftçiləri haqda dastan" və "Dəniz fatehləri" filmlərini çəkib. Hər iki filmin ssenari müəllifi yazıçı İmran Qasımov, bəstəkarı Qara Qarayevdir. Sonralar dəniz neftçilərinin çətin həyatından bəhs edən "Bəxtiyar", "Qara Daşlar", "Möcüzələr adası", "İnsan məskən salır" və s. filmlər ekranlara çıxıb. 1999-cu ildən dünya ekranlarında  görünən  və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan "Dünya kifayət deyil" ("The World İs Not Enough")  filmi də dəniz şəhərində çəkilib. Tanınmış rəssamlarımız Maral Rəhmanzadə və Tahir Salahov dəniz neftçilərinin qəhrəmanlığına bir çox əsərlər həsr ediblər. Burada çalışanların əməyi Qara Qarayevin, Tofiq Quliyevin və başqa bəstəkarların gözəl musiqiləri ilə vəsf olunub. Rəşid Behbudovun ifa etdiyi  "Neftçilər mahnısı", "Dörd dost", "Qaya" qrupunun oxuduğu  "Neft Daşları" mahnıları hələ də yaddaşlardan silinməyib. 
 Bunların heç birinin doğru-dürüstlüyünü, məna dərinliyini və nəhayət, obrazlılığını danmadan deyək ki,   Neft Daşlarını gərək öz gözlərinlə görəsən. Neft Daşları elə bir məkandır ki, onun haqqında sözlə təsəvvür yaratmaq çətindir. Bu möcüzələr şəhəri haqqında neçə filmə baxsan, nə qədər oxusan da, hansı mənzərələrə malik olduğunu və necə əhəmiyyət daşıdığını yalnız onu görəndən sonra bilirsən. Ümummilli Lider Heydər Əliyev burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmişdi. Buraya səfər edəndən sonra Neft Daşları haqqında həqiqəti özünün dahiyanə fikri ilə ifadə etmişdi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".
"Neft Daşları"nın  əvvəlki  adı "Qara daşlar" olub. Çünki onun ərazisini sulardan baş qaldıran çıxıntıların - qara daşların yaxınlığında müşahidə ediblər. Tarix bu yatağın "doğuluş"unu öz yaddaşında belə qoruyub saxlayır: "...1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Beləcə, buranı "Yeddi gəmi adası" deyə çağırmağa başladılar. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 nömrəli quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu".
Beləliklə, "Neft Daşları", ilk növbədə, karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Bu yataq Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları" NQÇİ (Neft və Qazçıxarma İdarəsi) tərəfindən istismar olunur. 1951-ci ildən "Neft Daşları"nın, 1963-cü ildən isə "Palçıq Pilpiləsi"nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır. Bu, Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir.
Başqa sözlə, dünya dəniz neftinin erası 73 il əvvəl məhz Azərbaycandan, Neft Daşlarından başlanıb.  Sonrakı illərdə Xəzərdə tikinti işləri geniş vüsət alıb. 1951-ci ildən estakada və meydançaların tikintisinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına start verilib. Bu, dünyada analoqu olmayan Neft Daşları adlı şəhərin qurulmasının başlanğıcı olub. Polad dirəklər üstündə qurulan, o vaxt da, elə indinin özündə də heç yerdə bənzəri, tayı olmayan, onilliklərdir dünyanı heyrətə gətirən bir şəhərin...
Neft Daşlarını "Möcüzələr adası" adlandırsalar, əfsanəyə bənzətsələr də, o, əsl həqiqətdir, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Odur ki, onu mədən-şəhər adlandıranlar da haqlıdırlar. Axı burada məktəblər, uşaq bağçaları, ailələrin yaşadığı mənzillərdən ibarət evlər yoxdur. Beş və doqquz mərtəbəli yataqxanalar, yeməkxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərdə yalnız neftçilər yaşayır, həm də təkcə əmək növbələri günlərində. Neftçilər dedikdə təkcə dənizin dərin qatlarından "qara qızıl"ı çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin, eləcə də neçə-neçə digər  müəssisə və təşkilatın nümayəndələridir. Növbələşərək işləyirlər - bir həftə dənizdə, növbəti həftə quruda, ev-eşiklərində olurlar.
Son illər ərzində "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.
Neft Daşlarının bir möcüzəsi  də yamyaşıl parkları, gül-çiçəyi,  ikimərtəbəli "Çay evi", idman zalıdır… Təsəvvür edək ki, bunların hamısı açıq dənizin qoynunda, polad meydançaların üstündədir. 
Ulu Öndərin "XX əsrdən XXI əsrə  atılan  körpü"  adlandırdığı Neft Daşlarının  qəhrəmanlıq salnaməsi davam edir. Bu qeyri-adi şəhər getdikcə cavanlaşır  və  təkcə  neftçilərin  əmək hünərləri ilə deyil,  həm də qoynunda yaratdığı yeniliklərlə  insanları heyrətləndirir. Odur ki, Prezident İlham Əliyevin  ümid və inam ifadə edərək dediyi kimi: "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!