02 Oktyabr 2025 10:50
458
SİYASƏT
A- A+
Bakı-Roma əməkdaşlığının dərinləşməsi əməkdaşlığa və sabitliyə töhfə verir

Bakı-Roma əməkdaşlığının dərinləşməsi əməkdaşlığa və sabitliyə töhfə verir


Azərbaycan-İtaliya münasibətləri uğurla inkişaf etməkdədir. İtaliya Prezidenti Sercio Matarellanın ölkəmizə sayca ikinci səfəri də müsbət nəticələrlə yadda qaldı. Bu illər ərzində münasibətləri ən yüksək səviyyəyə qədər inkişaf etdirən ölkələrimiz hər zaman bir-birini dəstəkləyib. Qarşılıqlı səfərlər, imzalanan əməkdaşlıq sənədləri real nəticələr verir və bu gün iki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir. Azərbaycan Prezidenti italiyalı həmkarı ilə görüşdə də bildirdi ki, ölkələrimiz arasında əlaqələr yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir.

Rəsmi Bakı Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasında Romanın göstərdiyi dəstəyi xüsusi qiymətləndirir. TAP layihəsi isə bu gün İtaliyanın enerji asılılığının azaldılmasında xüsusi rola malikdir və bu, Azərbaycanın uğurlu əməkdaşlıq təşəbübsünün növbəti effektiv nəticələrindən biridir. Prezidentlər ikitərəfli formatda və Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə dair müzakirələr apardılar.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti mütəmadi olaraq İtaliyanın ev sahibliyi etdiyi nüfuzlu Çernobbio forumuna da əsas qonaq qismində dəvət olunur. Bu, cənab İlham Əliyevə dost İtaliyanın ehtiramının göstəricisidir. Yeri gəlmişkən, İtaliya keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Həmçinin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ilk səfər edən əcnəbi qonaqlar arasında italiyalı diplomatlar ön sırada olub. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərində aktiv iştirak edir. Yada salmaq lazımdır ki, münaqişə başa çatdıqdan sonra İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə” qəbul etmişdi. O zaman da İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə xəritələrin verilməsilə bağlı çağırış etmişdi. Roma həm də üçüncü tərəflərin Azərbaycan-Ermənistan sülh dialoquna müdaxiləsini pisləyir. Dost İtaliya həmçinin Vaşinqton sammitində əldə edilmiş razılaşmaları da Azərbaycanın uğuru hesab edir.

Bakıda yeni fəaliyyətə başlayan İtaliya-Azərbaycan Universiteti isə ölkələrimiz arasında dostluq rəmzi kimi xarakterizə olunmalıdır. Hesab edirəm ki, S.Matarellanın bu səfərindən sonra münasibətlərdə yeni uğurlu nəticələr əldə ediləcək. Bir sözlə, Bakı-Roma əməkdaşlığının dərinləşməsi əməkdaşlığa və sabitliyə töhfə verir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!