Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir. "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 iyun tarixli qərarının 7-ci hissəsinə əsasən Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafiki"nin təsdiq edilməsi barədə" qərar qəbul etmişdir.
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" qərar qəbul etmişdir.
Hər iki qərar yanvarın 12-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı"nın, "Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə"nin və "Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" özünün 2002-ci il 22 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə" qərar qəbul etmişdir.
Qərar yanvarın 16-dan - imzalandığı gündən qüvvəyə minmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması"nın təsdiq edilməsi barədə" özünün 2010-cu il 29 aprel tarixli qərarında dəyişikliklər edilməsi barədə" qərar qəbul etmişdir.
Qərar yanvarın 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, Maliyyə və Təhsil nazirliklərinin razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti özünün 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanına əsasən, Maliyyə və Təhsil nazirliklərinin razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti özünün 2011-ci il 13 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.
Hər iki qərar yanvarın 19-dan - imzalandığı gündən qüvvəyə minmişdir.
"Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli Sərəncamının
2-ci hissəsinə əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə" qərar qəbul etmişdir.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli fərmanına əsasən və Nəqliyyat Nazirliyinin Daxili İşlər və Ədliyyə nazirlikləri ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Nazirlər Kabineti "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" özünün 1999-cu il 15 mart tarixli qərarında dəyişikliklər edilməsi haqqında" qərar qəbul etmişdir.
Hər iki qərar yanvarın 24-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni ilə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!