Nazir Sahil Babayev Gəncədə erməni terroru nəticəsində şəhid olanların yaxınları ilə görüşüb
Gəncə şəhərində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birgə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.
Ermənistanın 2020-ci il oktyabrın 11-də növbəti müharibə cinayəti törədərək, müharibə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binasını ağır artilleriya silahlarından atəşə tutmasından bir il ötür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Babayev Ermənistanın insanlığa qarşı dəhşətli cinayəti olan həmin terror aktı nəticəsində dağılmış ərazidə olub. Qanlı erməni terroru zamanı şəhid olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, ərazidəki dağılmış yaşayış binasının ətrafına gül dəstələri qoyulub.
Nazir bir il əvvəl Gəncədə erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valideyni, digər bir neçə qohumu şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək sosial vəziyyətləri ilə maraqlanıb. S.Babayev həmin ailələrin sosial müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, bundan sonra da onların yaşayışının diqqətdə saxlanacağını bildirib.
Vətən müharibəsindən sonra genişmiqyaslı sosial dəstək işləri erməni terrorundan zərər çəkən vətəndaşları da əhatə edir.
Postmüharibə dövrünə uyğun olaraq müvafiq qaydalarda dəyişiklik edilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni terroru nəticəsində həlak olmuş mülki şəxslərimizə də aid edilib. Bütün mülki şəhidlərimizin ailələrinin sosial müdafiəsi tədbirləri, şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərlə təminatı həyata keçirilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!