02 Oktyabr 2025 13:17
538
İQTİSADİYYAT
A- A+
Nazir: Qısa zamanda “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanacaq

Nazir: Qısa zamanda “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanacaq


Energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü ilə təşkil olunan “Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Sürətləndirilməsi” mövzusuna həsr edilmiş tədbirin açılış mərasimində, eləcə də “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlıq” (APRECA) Nazirlər Dəyirmi Masasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, nazir çıxışı zamanı qeyd edib ki, bərpaolunan enerji resursları və kritik materiallarla zəngin Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaşıl enerji sahəsində güclü əlaqəni təşviq edən APRECA təşəbbüsü ötən il ilk dəfə Azərbaycanda COP29 çərçivəsində təqdim olunub və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” bu məqsədə töhfə verən layihələrdəndir.

Bildirilib ki, Azərbaycanın hazırda bərpaolunan enerji sahəsində atdığı irimiqyaslı addımlar 2030-cu ilədək enerji sistemində bu mənbələrin payını təxminən 40 faizə çatdırmaqla yanaşı, regional tərəfdaşlıqların qurulmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib.

“Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur. Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcək geostrateji əhəmiyyətli “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi”nin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır, Avropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin “yaşıl körpü” qismində inkişafına geniş imkanlar açır”, - deyə nazir əlavə edib.

Nazir çıxışı zamanı Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına qısa müddətdə başlanacağını bildirib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlar üzrə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin bu layihələrlə inteqrasiyası nəticəsində regionun böyük bərpaolunan enerji potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarə olunması kimi perspektivlər diqqətə çatdırılıb. Qeyd olunub ki, fiber-optik komponentə malik olan bu interkonnektorlar “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” ilə birlikdə yalnız enerji və ekoloji təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirərək ölkələrimizin Orta Dəhliz boyunca geostrateji əhəmiyyətini daha da artıracaq.

Nazirlərin dəyirmi masasında isə bərpaolunan enerjinin sürətli inkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması, investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və planları diqqətə çatdırılıb, APRECA vasitəsilə əməkdaşlıq imkanları dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!