30 Noyabr 2023 16:31
1204
Elm və texnika
A- A+

Nazir: Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır  

 

Qarabağ Universitetində 2024-2025-ci tədris ilində 800-1000 tələbənin təhsil alması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə deyib. O bildirib ki, bu rəqəmin 2025-2026-cı illərdə 1600-2000, 2026-2027-ci illərdə 2500-3000, 2027-2028-ci illərdə 3500-4000-ə çatması ehtimal olunur.

Universitetdə əsas və idarəetmə heyətinin ərazisində daimi 30-40 nəfərin yerləşdirilməsi nəzərdə tutulur. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili planlaşdırılır. Müəllimlər Şuşa şəhərində və ya Xankəndidə universitetin kampusunda yaşayacaqlar.

Universitet 3 korpus, 119 auditoriya, 2 kitabxana, 2 idman zalı, 1 yataqxanadan ibarət olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video