02 May 2024 12:43
208
İQTİSADİYYAT
A- A+

Nazir müavini: Baramaçılıq kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindəndir  

 

Bu gündən Azərbaycanda yeni barama mövsümünə start verilir. Cari mövsümdə kümçülərə 9000 qutu ipəkqurdu toxumunun əvəzsiz olaraq paylanması nəzərdə tutulur. Artıq toxumların inkubasiyası başa çatıb və toxumların kümçülərə paylanmasına başlanılıb. Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş 3250 qutu ipəkqurdu toxumu 19 rayon üzrə kümçülərə paylanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 2-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya nəticəsində əldə olunan ipəkqurdlarının kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə media nümayəndələrinə açıqlamasında bildirib.

Nazir müavini deyib: “Yaxın 3 gün ərzində, ümumilikdə, 40 rayon üzrə ipəkqurdu toxumunun paylanması təmin olunacaq. Kümçülərə toxumların verilməsi təkcə Qax Damazlıq İpəkçilik Stansiyasında deyil, eyni zamanda, Zərdab, Bərdə, Ağsu və Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində də həyata keçirilir”.

Baramaçılığın kənd təsərrüfatının qısa müddət ərzində ən çox gəlir gətirən sahələrindən biri olduğunu vurğulayan nazir müavini qeyd edib ki, bu sahə həm də bölgələrdə məşğulluğun təmin olunması baxımından sosial əhəmiyyət kəsb edir.

“Kənd Təsərrüfatı Nazirliyinin 2024-cü il baramaçılıq mövsümü üçün əsas hədəfi orta məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaqdır. Təbii ki burada əsas məsuliyyət baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin üzərinə düşür. Yeni barama mövsümünün başlanması münasibətilə kümçülərimizi təbrik edir, onlara bol məhsul arzulayırıq”, - deyə Sarvan Cəfərov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video