08 Oktyabr 2025 08:17
554
SİYASƏT
A- A+
Naxçıvandan başlanan 16 illik möhtəşəm yol

Naxçıvandan başlanan 16 illik möhtəşəm yol


Türk Dövlətləri Təşkilatı beynəlxalq birliyin yeni güc mərkəzi kimi qəbul edilir


Dostluq, qardaşlıq münasibətləri getdikcə daha da güclənən, mövcud əməkdaşlıqları gündən-günə şaxələnən türkdilli dövlətlərin mövcud əlaqələri yeni yüksəliş mərhələsinə qədəm qoyub.

Prezident İlham Əliyev hələ illər öncə türkdilli ölkələrin arasında olan tarixi bağları, isti və qardaşlıq münasibətlərini dəyərləndirərkən bildirmişdir ki, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq".

Bu il oktyabrın 3-də İlham Əliyev rəsmi sosial şəbəkə səhifələrində 3 oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edərək bildirmişdir ki, məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulub: "Bu əlamətdar gün münasibətilə türk dünyasını səmimi-qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir! Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir".

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı (əvvəlki adı - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası. red.) türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması" haqqında sazişə əsasən təsis edilib. 2022-ci ilə qədər Türk Şurası adıandırılan türk Dövlətləri Təşkilatı (TDT) son 16 ildə böyük inkişaf yolu keçib. İllər öncə imzalanmış sazişə əsasən şuranın məqsədi türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, bütün sahələrdə qarşılıqlı əlaqənin və ölkələr arasında təmasların təşviqi və sairdir.

Bu dövrdə üzv dövlətlər şuranın məqsəd və prinsiplərinə uyğun olaraq əməkdaşlığın yeni formatlarını qurublar. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların yaradılması nəticəsində TDT çərçivəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Xüsusilə vurğulanmalıdır ki, türk dünyasının potensialını vahid səy istiqamətində ilk dəfə məhz İlham Əliyev birləşdirib və qlobal pandemiya ilə mübarizədə bu birlik formulu çox səmərəli mexanizmə çevirmişdi. Təşkilat yaranarkən qarşıya qoyulan, habelə yeni geosiyasi reallıq fonunda transformasiya keçirən hədəflər aydın və kifayət qədər sağlamdır. 

Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib.

Oktyabrın 6-7-də Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü qədim Azərbaycan şəhəri olan Qəbələdə təşkil olundu. Tədbirə təşkilata üzv ölkələrin liderləri ilə yanaşı, müşahidəçi ölkələr, Macarıstan və Şimali Kipr də qatıldı.

Zirvə görüşündən öncə Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısında xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağa möhkəm əsasdır: "Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb".

Azərbaycanın tarixi diyarı olan Qəbələnin bu mötəbər tədbirə evsahibliyi etdiyinə görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar qeyd edib ki, biz hamımız eyni tarixin, eyni dastanların və eyni mədəni irsin sahibləriyik. Bu ortaq köklər bizi bir-birimizə bağlayan ən güclü mənəvi dəyərlərdir. Bu görüşün Qarabağ Zəfərinin 5-ci ildönümünə təsadüf etməsi xüsusilə qürurverici hadisədir. "Bu Zəfər ədalətin bərpası, xalqın və liderinin birliyinin təntənəsidir. Qarabağ Zəfəri bütün türk dünyasına bir daha göstərdi ki, biz birlikdə olduqda hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bu Zəfər həm də türk dünyasının sarsılmaz həmrəyliyinin və qardaşlığının rəmzidir. Şimali Kipr Türk Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olacaq. Biz inanırıq ki, ortaq tariximiz və mənəvi bağlarımız üzərində qurulan əməkdaşlıq bu gün strateji tərəfdaşlığa və ortaq gələcəyə çevriləcək. Əminəm ki, birliyimiz və qarşılıqlı etimadımız gələcəkdə də regionda sülhün, sabitliyin və rifahın təminatçısı olacaq".

Əminliklə deyə bilərik ki, Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. 

Prezident İlham Əliyevin "Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır" fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir.

Təşkilatın digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. 

İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq güc mərkəzinə çevrilib.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Futbol üzrə dünya çempionatının final matçı təxirə salına bilər

10:54
17 İyul

Konkret nəticələri olan uğurlu əməkdaşlıq nümunəsi

10:45
17 İyul

Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

10:18
17 İyul

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

10:11
17 İyul

Bolqarıstan "istəklilər koalisiyası"nda iştirakdan niyə imtina edib?

10:05
17 İyul

Nizami ruhunun ekran təcəssümü

10:00
17 İyul

64 illik ömrün notları 

09:55
17 İyul

Türk dövlətlərində dinamik iqtisadi artım 

09:50
17 İyul

Azərbaycan artıq dünyada beynəlxalq tranzit və logistika ölkəsi kimi qəbul olunur

09:45
17 İyul

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!