20 Avqust 2026 15:45
61
İQTİSADİYYAT
A- A+
Naxçıvanda ictimai nəqliyyata əlçatanlıq 95 faizə yüksəlib

Naxçıvanda ictimai nəqliyyata əlçatanlıq 95 faizə yüksəlib


Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Naxçıvan şəhərində aparılan təhlillər əsasında marşrut şəbəkəsi yenidən formalaşdırılıb. 9 marşrut xətti üzrə 72 müasir avtobusun istismara cəlb edilməsi nəticəsində şəhər və ətraf ərazilərdə ictimai nəqliyyata əlçatanlıq 95 faizə çatdırılıb. Avtobusların orta yaşı isə 18 ildən 0-a endirilib.

Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üzrə 241 fiziki şəxsə “Buraxılış kartı” verilib. Yükdaşıma sahəsində isə 263 daşıyıcı “Buraxılış vəsiqəsi”, 946 nəqliyyat vasitəsi “Buraxılış kartı” alıb. Nəqliyyat sektorunda çalışanların peşə hazırlığının artırılması məqsədilə də təlimlər təşkil olunur. Beynəlxalq yük daşımaları həyata keçirən 75 sürücü təlimlərə cəlb edilib, 176 sürücü isə taxoqraf və rəqəmsal taxoqraf kartından istifadə üzrə xüsusi proqramı tamamlayıb.

Yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində yol nişanlarının quraşdırılması və nişanlanma işləri də davam etdirilir. İndiyədək ərazidə 1091 yol nişanı quraşdırılıb, 385 kilometr yolda nişanlanma aparılıb, 2259 piyada keçidi təşkil və ya yenilənib.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan enerji mütəxəssisləri Çində qabaqcıl texnologiyalar üzrə təlim keçirlər

15:55
20 Avqust

AZAL sərnişinlərinə yeni imkan: əlavə xidmətlər üçün ödəniş göyərtədə mümkün olacaq

15:50
20 Avqust

Naxçıvanda ictimai nəqliyyata əlçatanlıq 95 faizə yüksəlib

15:45
20 Avqust

“Azərişıq” Naxçıvanın bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsini yenidən qurur

15:40
20 Avqust

Coğrafiyaçı-alim: Xəzərin geri çəkilməsi sahilyanı ekosistemlərin dəyişməsinə səbəb ola bilər 

15:35
20 Avqust

AZCON Holdingin uğuru

15:30
20 Avqust

Şəkərli içkilərin mədə xərçəngi riskini artırdığı müəyyən edilib

15:25
20 Avqust

Afrikanın inkişafı üçün təhlükəsizlik və sərmayə lazımdır

15:20
20 Avqust

Avropa meşə yanğınları ilə mübarizədə peyk texnologiyalarından istifadə edir

15:15
20 Avqust

Səudiyyə Ərəbistanında bu ilin ikinci rübündə verilən investisiya lisenziyalarının sayı 252 faiz artıb

15:10
20 Avqust

Avropada təbii qaz bahalaşır

15:05
20 Avqust

Hindistanda dövlət məktəblərinə görə kampaniya başladılıb

15:00
20 Avqust

Yüksək dozada D vitamini yaddaşı gücləndirə bilər

14:55
20 Avqust

Böyük Britaniyanın iqlim vədləri sınaq qarşısındadır

14:50
20 Avqust

Naftalanda şəhid övladlarının ad günü qeyd olunub

14:20
20 Avqust

Daşkəsəndə Qərbi Azərbaycandan olan qocaman icma üzvləri ilə görüş keçirilib 

14:15
20 Avqust

Gürcüstan Azərbaycandan yanacaq idxalını kəskin artırıb

14:10
20 Avqust

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıdır

14:05
20 Avqust

Qırğızıstan Azərbaycanın “Elektron məhkəmə” sahəsindəki təcrübəsini öyrənir

14:03
20 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 2725 ton buğda göndərilib

13:59
20 Avqust

Neftçalada “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

13:25
20 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!