04 Avqust 2024 03:02
1036
CƏMİYYƏT
A- A+
Naxçıvanda aqrar subsidiyalar çıxarış əsasında veriləcək

Naxçıvanda aqrar subsidiyalar çıxarış əsasında veriləcək

 

"Naxçıvan Muxtar Respublikasında 2025-ci ildən aqrar sahədə subsidiyalar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasında veriləcək". AZƏRTAC xəbər verir ki, bu sözləri muxtar respublikanın kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova Kəngərli rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər üçün keçirilən maarifləndirici tədbirdə söyləyib.

Nazir müavini əkin, məhsul, toxum, ting, meyvə və üzüm bağlarının salınmasına görə verilən subsidiyalar, o cümlədən payızlıq əkinlər üçün hazırlığın aparılması, sertifikatlı toxumlardan istifadənin məhsuldarlığa müsbət təsirləri, əkinlərdə aqrotexniki qaydalara riayət olunması barədə ətraflı söhbət açıb, fermerlərin torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, dövlət dəstəyindən fermerin yararlana bilməsi üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin alınması vacibdir. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 oktyabr 2021-ci il tarixində imzalanan "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" fərmanda öz əksini tapıb. Fərmana əsasən, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər. Əks təqdirdə fermerlərin növbəti ildən subsidiya əldə edə bilməsi mümkün olmayacaq.

Naxçıvan Muxtar Respublikasında taxıl əkinlərinin mövcud vəziyyətini təhlil edən Xəyalə Dadaşova bildirib ki, 2023-cü ildən başlayaraq keyfiyyətli əkin aparılması əsas istiqamətlərdən biri olaraq müəyyənləşdirilib. Bu səbəbdəndir ki, ötən illə müqayisədə bu il muxtar respublikada üzrə taxılın məhsuldarlığında artım müşahidə olunur. Belə ki, ötən il taxıl istehsalı üzrə orta məhsuldarlıq 24,9 sentner olduğu halda, cari ildə hazırkı orta məhsuldarlıq 28,4 sentner təşkil edir.

Payızlıq taxıl əkinlərinə hazırlıq məsələləri barədə qeyd olunub ki, cari ildə muxtar respublika ərazisinə düşən yağıntı miqdarının artması kifayət qədər su ehtiyatının yaranmasına səbəb olub. Bu da imkan verir ki, növbəti mövsümdə əkin sahələri genişləndirilsin.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Müslüm Cabbarzadə torpaq üzərində mülkiyyət hüququnun təsdiqlənməsinin əhəmiyyəti və qaydaları haqqında danışıb. Rəis müavini qeyd edib ki, dövlət başçısının imzaladığı müvafiq fərmanın icrası ilə bağlı ötən

4 il ərzində xidmət tərəfindən lazımi addımlar atılıb, muxtar respublikanın bütün bölgələrində maarifləndirici tədbirlər keçirilməsi ilə yanaşı, səyyar xidmətlər də təşkil olunub. Hazırda da bu proses davam etdirilir. Vətəndaşlar torpaq üzərində mülkiyyət hüququnu təsdiqləmək üçün bu xidmətlərdən yararlana, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, növbəti belə tədbir avqustun 6-sında Sədərək rayonunda keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!