Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına əsasən 2025-ci ildə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları
və əkin subsidiyasının məbləği 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın
31-dək salınan:
-
üzüm bağları üçün 8000
manatdan 14700 manata;
-
intensiv meyvə bağları üçün
isə qeyd edilən tarix üzrə salınan:
-
fındıq bağları üçün
4400 manatdan 8050 manata;
-
şaftalı (nektarin) və ərik
bağları üçün 4000 manatdan 24500 manata;
-
püstə bağları üçün 4500
manatdan 6300 manata;
-
armud bağları üçün 8000
manatdan 25200 manata;
-
alma bağları üçün 11000
manatdan 32200 manata;
-
xurma (xirnik) bağları üçün
3000 manatdan 7000 manata;
-
badam bağları üçün 3500
manatdan 7350 manata;
qoz bağları üçün 3300
manatdan 5600 manata artırılmışdır.
Belə ki, Naxçıvan
Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq
edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması
Qaydası”na müvafiq olaraq Aqrar
Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcəkdir.
Məlumat üçün bildirək
ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən
2025-ci il mayın 31-dək meyvə bağları üçün bir sıra şərtlər müəyyən edilmişdir:
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, hər
hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30
sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi
göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda çəyirdəksiz süfrə üzüm
sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə
torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar
olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı (calaqaltı və calaqüstü
sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə “V” və ya
çardaq şəkilli dirək sistemi (şpaler) qurulmuş, “Aqrar sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər
hektarına görə 14700 manat;
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər
hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30
sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi
2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən
(parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1
hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq
edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler)
qurulmuş hiper-intensiv şaftalı (nektarin) bağlarının hər hektarına görə 24500
manat əkin subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər
hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30
sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi
2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən
(parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1
hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq
edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler)
qurulmuş hiper-intensiv ərik bağlarının hər hektarına görə 24500 manat əkin
subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər
hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30
sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi
göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi
intensiv püstə bağlarının hər hektarına görə 6300 manat əkin subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən
bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən)
ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar
olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv
armud bağlarının hər hektarına görə 25200 manat əkin subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə
yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən
(parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı
2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi
hiper-intensiv alma bağlarının hər hektarına görə 32200 manat əkin subsidiyası
veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər
hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30
sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi
2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən
(parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara
minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik)
bağlarının hər hektarına görə 7000 manat əkin subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər
hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30
sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi
göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə
torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 1 hektar
olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam
bağlarının hər hektarına görə 7350 manat əkin subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə
yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən
(parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1
hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər
hektarına görə 5600 manat əkin subsidiyası veriləcəkdir.
Ø
Naxçıvan iqtisadi
rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə
yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən
(parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 5 hektar olan və 1
hektara minimum 1000 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv
fındıq bağlarının hər hektarına görə 8050 manat;
Ø
Qeyd edilən bağlara
(püstə bağları istisna olmaqla) görə əkin subsidiyasının alınması üçün bu
bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq
sığorta edilməsi tələb olunur.
Ø
Bağın salınmasına görə əkin
subsidiyasının alınması üçün bağların salınmasında istifadə edilən tinglər
fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad
olmalıdır.
Həmçinin
Aqrar Subsidiya Şurasının qərarına uyğun olaraq müasir suvarma sistemləri ilə təmin
olunmuş şəkər çuğunduru sahəsinə veriləcək məhsul subsidiyasının məbləği 19
manatdan 22 manata, müasir suvarma sistemləri ilə təmin olunmamış sahəyə isə
veriləcək məhsul subsidiyasının məbləği isə 18 manatdan 19 manata
çatdırılmışdır.
Bakıda kommunal strukturlar gücləndirilmiş rejimdə işləyir
Volodimir Zelenski: Ukrayna ABŞ Prezidenti ilə faydalı razılaşmaya hazırdır
Kendo ustası Masanori Yasue Azərbaycan İdman Akademiyasında təlim keçib
Nəqliyyat naziri: Zəngəzur dəhlizi Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək
Azərbaycan-ATƏT əməkdaşlığı və Avropa təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb
Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilir
Bakıda Küveytin Milli Günü qeyd olunub
Astanada Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi müzakirə edilib
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Milli Məclisdə olub
Ballıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir
Ballıca sakini: Prezidentlə görüş bizdə ruh yüksəkliyini daha da artırdı
Ballıca sakini: Çox şadıq ki, dövlətimizin başçısını doğma kəndimizdə qarşıladıq
Səfir: Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb
Faktiki hava: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir
XİN BBC-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələni şərh edib
Butan Milli Assambleyasının sədri: Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərimi hökumətə çatdıracağam
Senatın sədri: Pakistan və Azərbaycan daim bir-birini dəstəkləyən qardaş ölkələrdir
Türkiyə ilə iqtisadi tərəfdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib
Pakistan Hərbi Dəniz Qüvvələri Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
Xəzər dənizində xilasetmə işləri həyata keçirilib
İsraillə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!