02 May 2024 13:50
215
DÜNYA
A- A+

NATO-nun Baş katibi Ukrayna üçün 100 milyard toplamağı təklif edir  

 

NATO-nun Baş katibi Yens Stoltenberq alyans üzvlərinə beş il ərzində Ukraynaya hərbi yardım üçün nəzərdə tutulan xüsusi fondda 100 milyard dollar toplamaq təklifini göndərib.

AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrindən olan həmkarları ilə görüşmək üçün Parisə gedərkən deyib.

“NATO-nun Baş katibi alyansın müharibəyə xərcləmək istədiyi 100 milyard dolları toplamağı təklif edib”, - deyə Peter Siyyarto M1 telekanalının efirində bildirib. Onun sözlərinə görə, məbləği beş il ərzində toplamaq təklifi o deməkdir ki, NATO müharibənin həmin müddətədək davam edəcəyini düşünür.

Siyyarto, həmçinin qeyd edib ki Macarıstan Şimali Atlantika Alyansının bu fəaliyyətində iştirak etmək istəmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video