Naftalanda şəhid və qazi ailələrinin övladları üçün Novruz şənliyi keçirilmişdir
Naftalanda şəhər icra hakimiyyətinin və Chinar Hotel & SPA-nın birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları üçün Novruz şənliyi təşkil edilmişdir.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək diqqətə çatdırmışdır ki, xalqımızın zəngin milli dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz bayramı milli varlığın rəmzinə çevrilmişdir. Novruzun dövlət səviyyəsində keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən V.Novruzov bildirmişdir ki, bu bayram indi ölkəmizdə ümumxalq şənliyi kimi geniş qeyd olunur.
Sonra şəhid və qazi övladlarının iştirakı ilə Novruz tonqalı qalanmışdır. Keçəl və Kosanın şən zarafatları tonqal ətrafına yığışan uşaqlar tərəfindən böyük coşqu ilə qarşılanmış, uşaqlarda xoş bayram ovqatı yaratmışdır.
Şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim olunduqdan sonra tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər. Sonda xatirə şəkli çəkdirilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Füzuliyə köçən sakin: İndiyədək Binə qəsəbəsindəki yataqxanada yaşayırdıq
07 Dekabr
İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib
07 Dekabr
Dünya iqtisadiyyatı üçün qarşıdakı 5 ilin gözləntiləri nikbin deyil
07 Dekabr
Qızılcaya yoluxma təhlükəli həddə çatır
07 Dekabr
AÇG-nin yeni platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb
07 Dekabr
DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib
07 Dekabr
Zəlzələ ilə bağlı Bakı məktəblərindəki son durum açıqlanıb
07 Dekabr
COP 28 Azərbaycan üçün nə ilə yadda qalacaq
07 Dekabr
ABŞ Cənubi Qafqazda bulandırdığı suları duruldacaqmı?
07 Dekabr
ABŞ-nin ölkəmizə qarşı qərəzli siyasəti nədən yaranıb
07 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!