16 Sentyabr 2022 16:28
460
Səhiyyə
A- A+

Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin vermək olmaz

 

Uşaqlar gündə 4 dəfə qidalanmalıdır. Onlar ilk səhər yeməyini 7:30-da yeməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsinə canlı yayım zamanı nazirliyin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova deyib.

“Menyuda xüsusən isti yeməklər, sıyıq, yumurta və meyvə olmalıdır. Valideynlər düşünür ki, əlavə vitaminlər uşaqların sağlamlığı üçün yaxşıdır. Lakin bu fikir düzgün deyil. Mütəxəssis rəyi olmadan, uşaqlara vitamin vermək olmaz.

Hətta bəzən valideynlər bir-birinə uşağa vitamin verməyi tövsiyə edirlər. Bu, uşaqlara xeyirdən çox ziyan vura bilər. Onlar düşünməlidir ki, vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil. Uşaqların menyusunda əsas meyvə-tərəvəzdən istifadəyə üstünlük verməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video