17 Noyabr 2025 09:20
379
CƏMİYYƏT
A- A+
Müstəqilliyə aparan yolun başlanğıcı  

Müstəqilliyə aparan yolun başlanğıcı  


Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür


Ermənilərin 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və mətbuatda bu barədə məlumatın dərc edilməsi xalqımızda böyük hiddət doğurdu. Yüz minlərlə insan paytaxtın baş meydanına axışaraq bu hadisəyə etirazını bildirdi. Noyabrın 17-dən dekabrın 4-dək həmin meydanda izdihamlı etiraz mitinqləri keçirildi, xalqın ayrı-ayrı təbəqələrinin nümayəndələri tribunaya çıxaraq bu özbaşınalığın və qanunsuzluğun qarşısının alınmasını tələb etdilər. Meydanda 18 gün fasiləsiz davam edən etiraz aksiyalarında milli azadlıqla bağlı şüarlar səsləndirildi.

AZƏRTAC Milli Dirçəliş Gününün tarixçəsini xatırladır.

Həmin hərəkat keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi aksiya idi. 1988-ci il noyabrın 17-də başlanan həmin hadisə Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. Öz haqqına, azadlığına və torpaqlarına sahib çıxmaq istəyən yurdumuzun oğul və qızları müqəddəs ideallar naminə yumruq kimi birləşərək birlik və bərabərlik arzularını bütün dünyaya nümayiş etdirdilər. Xalqımız 70 il onun əl-qolunu bağlayan imperiya buxovlarından və əsarət zəncirindən azad olmaq istəyirdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bundan qorxuya düşən ovaxtkı ittifaq dövlətinin rəhbərləri Bakıya qoşun yeritdilər, SSRİ-nin müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələri dekabrın 3-dən 4-nə keçən gecə meydana daxil olaraq mitinqi dağıtdı. Bakıda fövqəladə vəziyyət elan edildi.

Uzun müddət davam edən mitinqlər daxili qoşunlar tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı. İlk dəfə həmin meydanda üçrəngli Azərbaycan bayrağı dalğalandı, azadlıq, müstəqillik arzuları səsləndi. Bakının ən böyük meydanının adı dəyişilərək Azadlıq meydanı oldu. Bütün sahələrdə milli dirçəliş və oyanış başlandı. Noyabrın 17-də başlanılan həmin hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Meydan hərəkatı tariximizdə Milli Dirçəliş Günü kimi təsdiqini tapdı, Azərbaycan xalqının tarixi yaddaşının oyanmasında, istiqlaliyyət mübarizəsində bir hadisə oldu.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Çoxlu sayda insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası ilə bağlı milli düşüncəyə hakim kəsildi.

1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ilk sessiyasında muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ müzakirə edildi. Deputatların müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.

Tarixi sessiyada çıxış edən Ulu Öndər Heydər Əliyev deyib: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Ümummilli Lider bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Həmin ideyaları inkişaf etdirən ölkəmiz 1991-ci ildə müstəqilliyinə qovuşdu, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər gənc respublikanın müstəqillik yolunda uğurlu addımlar atmasını təmin etdi.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi yeni inkişaf yoluna çıxardı. Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi.

Nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı. 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə öz müsbət nəticəsini verdi. Bir sutkadan da az müddətdə qarşıya qoyulan hədəflərə nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi ilə nəticələndi, dövlətimizin suverenliyi tam bərpa edildi və bununla ölkəmiz tarixinin yeni dövrünə daxil oldu.

İndi yeni reallıq yaranıb. Azərbaycan tam suverenliyini və ərazi bütövlüyünü bərpa edib, müstəqil, dünyəvi və inkişaf edən dövlətə çevrilib. Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülhün və sabitliyin əsas təminatçısıdır. Son illər ölkəmizin təkcə coğrafi deyil, sosial və quruculuq xəritələrində çox böyük dəyişiklik baş verib. Vaxtilə ermənilərin xaraba qoyduğu Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məskənləri salınır, infrastruktur obyektləri inşa edilir, müasir üslubda tikilmiş abad şəhər və kəndlərdə sakinlər yaşamağa başlayırlar. Düşmən əsarətindən qurtulan bölgələr respublikamızın abad və gözəl yaşayış məskənlərinə çevrilir. Ölkəmiz uğurlar əldə edir, dünya birliyində özünəməxsus yer tutub, gündən-günə nüfuzu artır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!