11 Oktyabr 2025 09:05
6156
Elm və texnika
A- A+
Müsbət emosiyalar beynin fəaliyyətini gücləndirir

Müsbət emosiyalar beynin fəaliyyətini gücləndirir


İnsanın orqanizmi yaşlandıqca bir çox orqan kimi beyin də "yorulur". Amma digər orqanlarımız kimi beyin də düzgün yanaşma ilə uzun illər gənc qala bilər. Onu tənbəlliyə, laqeydliyə və monotonluğa təslim etməsək...

Beyin də əzələ kimidir - işlədikcə möhkəmlənir. Onun yaşı təqvimlə ölçülmür. Hər gün eyni düşüncələri təkrarlamaq, eyni yollar, eyni insanlar, eyni söhbətlər beyni sanki yuxuya verir. Halbuki gündəlik kiçik yeniliklər - fərqli bir kitab oxumaq, yad dildə bir neçə söz öyrənmək, yeni bir hobbiyə başlamaq beyin üçün əsl "idman"dır.

Mütəxəssislər bildirirlər ki, insan orqanizmi 40 yaşından sonra da yeni sinir əlaqələri, neyron bağlantılar yarada bilər. Yəni beynin öyrənmə potensialı heç vaxt bitmir, sadəcə onu çalışdırmaq lazımdır. Zəka yalnız genlərlə bağlı deyil, həyat tərzi ilə də sıx əlaqəlidir. Daimi stres, yuxusuzluq, oturaq həyat tərzi və balanssız qidalanma beynin ən böyük düşmənləridir. Xüsusilə şəkər və yağla zəngin qidalar beyin hüceyrələrinin fəaliyyətini zəiflədir.

Təbiətdə vaxt keçirmək, sosial əlaqələri qorumaq və ətrafdakılara müsbət münasibətlər qurmaq  beyni aktiv saxlayır. Çünki insan beyninin ən böyük qidası ünsiyyətdir. Elm sübut edib ki, sevinc, maraq, təşəkkür hissi və pozitiv emosiyalar beynin sağ yarımkürəsindəki fəaliyyətləri gücləndirir. Əksinə, mənfi emosiyalar və tənqid dolu düşüncələr beyin enerjisini tükəndirir.

Alimlərin sözlərinə görə, beyni gənc saxlamağın əsas yolları daim yeni məlumatlar öyrənmək, kitab oxumaq, əl işləri, musiqi və ya rəsm kimi yaradıcılıq fəaliyyətləri ilə məşğul olmaq, fiziki aktivlik (xüsusilə gəzinti və üzgüçülük), sağlam yuxu (gecə ən azı 7 saat), sosial əlaqələri qorumaq və tənhalıqdan uzaq durmaq, mineral və vitaminlərlə  zəngin məhsullarla qidalanmaqdır.

Beynimizin 60 faizi yağlardan ibarətdir. Bu miqdarın yarısını omeqa-3 yağları təşkil edir. Doymamış yağ turşuları insan orqanizmində istehsal olunmur, onu yalnız qida yoluyla almaq mümkündür. Bütün balıq növləri, xüsusən yağlı dəniz balıqları yüksək miqdarda doymamış yağ turşuları ehtiva edirlər. 

Polifenol, omeqa-9 və doymamış yağ turşusu qaynağı olan zeytun yağı da beyni qüvvətləndirən məhsullardandır. Onun antioksidant və antiinflamatuar təsiri Altsheymer xəstəliyinə tutulma riskini azaldır, tərkibindəki E vitamini isə beyin hüceyrələrini və beyni zərərli xarici təsirlərdən qoruyur. Müxtəlif vitamin və liflərlə zəngin yumurta, avakoda, gül kələmi, brokkoli, balqabaq toxumu, paxlalı bitkilər və tam taxıllı məhsullar da faydalı məhsullar silsiləsindəndir.

Beyni gənc saxlayan ən vacib amillərdən biri yuxudur. Çünki beyin yuxu zamanı istirahət etmir, gün boyu toplanmış informasiyaları çeşidləyir, lazımsızları silir, vacibləri yaddaşa ötürür. Alimlər bildirirlər ki, yuxu zamanı beyin hüceyrələri arasında maye axını artır, nəticədə Altsheymerə səbəb olan zərərli maddələri orqanizmdən təmizlənir. Deməli, yuxusuzluq sadəcə yorğunluq deyil, həm də beynin vaxtından əvvəl qocalmasıdır.

Yetkinlər üçün 7-8 saat, uşaqlar üçün isə 9-10 saat ideal yuxu müddəti hesab olunur. Yuxudan əvvəl televizor, kompüter və smarton ekranından uzaqlaşmaq, otağı sərin və qaranlıq saxlamaq dərin yuxuya keçidi asanlaşdırır. Təəssüf ki, müasir dövrdə bu qaydalara çox az insan əməl edir. Nəticədə yuxusuzluq və beyin yorğunluğu yeni "səssiz epidemiya"ya çevrilir.

Nevroloqların sözlərinə görə, gec yatmaq qısa müddətdə zərərsiz görünsə də, uzun vədədə beyin üçün ciddi risklər yaradır. Xüsusilə 34 yaşdan yuxarı fərdlər üçün gec yatmaq ilk vaxtlar sadəcə yorğunluğa səbəb olsa da, tədricən unutqanlıq, diqqət dağınıqlığı, qərar vermə bacarığı, hətta Altsheymer kimi ciddi sağlamlıq problemlərinə yol açır. 

Yuxu zamanı beyin öyrənilən məlumatları nizamlayır, yaddaşda saxlayır və duyğuları tarazlaşdırır. Gec yatanlarda bu proses yarımçıq qalır. Üstəlik, erkən yatmamaq kortizol (stres hormonu) səviyyəsini artırır. Kortizolun uzun müddət yüksək qalması nəticəsində ürək-damar sağlamlığı pisləşir, immunitet sistemi zəifləyir, beyin kiçilir və yaddaş mərkəzi olan hipokampus zədələnir. 

Nizamsız yuxu həm də orqanizmdə iltihabı artırır. O, yalnız oynaqları deyil, beyin damarlarını və neyronları da zədələyir. Nəticədə zehni yavaşlama və sürətli qocalma baş verir. 

İnsanın bioloji ritmi gecə yatmaq, gündüzlər isə aktiv olmaq üzərində qurulub. Gecə ekran işığına məruz qalmaq isə melatonin hormonu ifrazını azaldır. Melatonin isə təkcə yuxuya getməyə kömək etmir, həm də  beynin qocalmasını ləngidir, antioksidant və antikanserogen təsiri ilə beyin hüceyrələrini iltihabdan qoruyur, mənfi xolesterini azaldır, enerji mübadiləsində rol oynayır. Melatonin azaldıqca bədəndə insulin müqaviməti artır, piylənmə və metabolik pozğunluqlar yaranır. Bu, xüsusilə gecə növbəsində işləyənlər və texnoloji asılılıq yaşayanlar üçün risklidir.

Erkən yatmaq beynimizin gəncliyini uzun illər qoruya bilər. Bioloji vaxtın sabit qalması üçün hər gün eyni vaxtda yatmaq, yatmazdan 1-2 saat əvvəl ekrandan uzaq durmaq, melatonin qaranlıqda artdığı üçün qaranlıq və sərin otaqda yatmaq, beynin təmizlənməsi və yaddaşın güclənməsi üçün 7-8 saat yuxu almaq  vacibdir. İnsanlar bəzən yuxunu qaydaya salmaq üçün həblərdən istifadə edirlər. Bu isə yalnız "saxta yuxu" yaradır. Bunun əvəzində sakitləşdirici bitki çayları və sakit musiqi tövsiyə olunur. Unutmamaq lazımdır ki, beyin yaşlandıqda deyil, fəaliyyətsiz qaldıqda qocalır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

23:54
16 Avqust

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

23:23
16 Avqust

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

21:39
16 Avqust

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

20:59
16 Avqust

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

20:13
16 Avqust

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

19:43
16 Avqust

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

18:09
16 Avqust

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

15:29
16 Avqust

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

15:17
16 Avqust

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

14:31
16 Avqust

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

14:27
16 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

13:29
16 Avqust

Həftənin ilk iş günündə hava necə olacaq?

13:07
16 Avqust

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

12:23
16 Avqust

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

11:17
16 Avqust

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

10:59
16 Avqust

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

09:07
16 Avqust

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!