07 Aprel 2023 01:02
13911
Oxucu məktubları
A- A+

Müraciət etdik, səsimizi eşitdilər

 

Bizim Saray qəsəbəsi əvvəllər baxımsız vəziyyətdə idi. Qəsəbəarası yollar bərbad, kommunal təminat aşağı səviyyədəydi. Bu gün isə qəsəbəmizin siması tamam dəyişib. Yollarımız abad, işığımız, qazımız qaydasındadır.
Yaşadığımız ərazi Sumqayıt istiqamətində yolun üstündə yerləşir. Sakinlərin çoxu işləməyə Xırdalana və ya paytaxta gedir. Amma onlar ictimai nəqliyyata minmək üçün hərəkətin intensiv olduğu avtomobil yolunu keçməli olurdular ki, bu da çox təhlükəli idi. Odur ki, sakinlərlə bir yerə yığışıb əlaqədar qurumlara müraciət ünvanladıq. Səsimizi eşitdilər. Ötən ilin sonlarında ikitərəfli yolun üzərindən piyada keçidinin tikintisinə başlandı. Qısa müddətdə dəmir lövhələrlə yaraşıqlı bir keçid tikildi. 
Bu gün istənilən səmtə yollanmaq təhlükə yaratmır. Həm camaat iş-gücünün arxasınca, həm də uşaqlarımız dərsə təhlükəsiz gedib-gələ bilir. Bunun üçün keçidin inşasında əməyi olan hər kəsə minnətdarlıq edirik. 

Bibixanım ASLANOVA,
Abşeron rayonu Saray qəsəbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video