“Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üçgünlük təlimlərə start verilib
Yanvarın 24-də Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkil etdikləri “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üçgünlük təlimlərin açılışı olub.
AZƏRTAC xəbər verir ki, jurnalistlər üçün keçirilən təlimlərin məqsədi Azərbaycandakı media nümayəndələrinin müharibədən sonrakı dövrdə fəaliyyətlərinə töhfə verməkdir.
Təlimlərin açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və başqaları iştirak ediblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq qurumlarla işləyən və media sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Onun sözlərinə görə, media nümayəndələri beynəlxalq qurumlarla, səfirliklərlə sıx işləməli, həqiqətlərin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar.
Media sahəsində müəyyən problemlərin olduğunu diqqətə çatdıran F.Şəfiyev beynəlxalq əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, jurnalistlər məzmun yaratmalıdırlar. Məqsəd odur ki, beynəlxalq münasibətlər çərçivəsində əlaqələr daha da inkişaf etdirilsin, Azərbaycanın səsi beynəlxalq aləmdə daha yaxşı eşidilsin. Bu mənada araşdırma xarakterli yazıların sayı artırılmalıdır.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Postmüharibə və postmünaqişə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur.
Ə.İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan jurnalistləri hər zaman fədakarlıqları ilə seçiliblər. Biz bunu Vətən müharibəsi dövründə də gördük. Jurnalistlər peşəkarlıqlarını daim artırmalıdırlar. Media nümayəndələrinin peşəkarlığı ölkə daxilində qalmamalı, sərhədləri aşmalıdır.
İcraçı direktor Medianın İnkişafı Agentliyinin bu platformanı öz üzərinə götürəcəyini və prosesin davam etdiriləcəyini bildirib. Bu platformanın həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm də ümumi işə fayda verəcəyini qeyd edən Ə.İsmayılov təlimlərə xarici mütəxəssislərin də cəlb olunacağını diqqətə çatdırıb.
İcraçı direktorun sözlərinə görə, qarşıya qoyulan məqsədlərdən biri də rəqəmsal medianın inkişaf etdirilməsidir.
Əhməd İsmayılov vurğulayıb ki, son dövrlərdə sosial şəbəkələrin təsirinin artması danılmazdır. Media sahəsində rəqəmsallıq, sosial şəbəkələrlə iş və peşəkarlıq vəhdət təşkil etməlidir. Jurnalistin adi vətəndaşdan fərqi hadisələri obyektiv və qərəzsiz təqdim etməsidir. Burada maarifləndirmə də mühüm şərtdir.
Açılış mərasimindən sonra Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Azərbaycanın müharibədən sonrakı dövrədə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazov “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və BMTM-in baş məsləhətçisi Vasif Hüseynov “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında təlimlər keçiblər.
Qeyd edək ki, təlimlərin ikinci günündə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov “Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Postmünaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında mühazirələr oxuyacaqlar.
Təlimlərin üçüncü günü - yanvarın 26-da Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press-tur təşkil ediləcək.
Sonda jurnalistlərə sertifikatlar təqdim olunacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Söz sahibi Azərbaycandır
22 May
Ağ Evdən Bakıya növbəti dostluq və əməkdaşlıq mesajı
22 May
Azərbaycanda təbii qaz hasilatı artıb
22 May
Müasir texnologiyaların tətbiqi yüksək məhsuldarlığın təməlidir
22 May
Bütün yollar Ağdama gedir
22 May
Təbiətlə yaşayanlar
22 May
Küçələr yuyuldu, ağaclar budandı, yeni gül kolları əkildi
22 May
İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır
22 May
Tütün həm can alır, həm də pul sovurur
21 May
Çobanyastığı çayı əzələ ağrıları üçün təsirlidir
21 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!