03 Aprel 2021 00:32
2060
CƏMİYYƏT
A- A+
Müharibə uşaqları

Müharibə uşaqları

 

İkinci Qarabağ savaşına şahidlik etmiş azyaşlı və yeniyetmələrin psixoloji durumunun yaxşılaşdırılması üçün mühüm layihə həyata keçirilir

 

...Şirin yuxudan dəhşətli partlayış səsinə dik atılmışdı və biixtiyar olaraq yerindən sıçrayıb çarpayının altına girmişdi.

Evləri silkələnirdi. Qorxu içində valideynlərini səsləmək istəyirdi. Lakin səsini çıxarda bilmirdi...

13 yaşlı Fəxrinin və onun kimi digər uşaqların İkinci Qarabağ müharibəsi dövründə yaşadığı dəhşətli anlar həmin vahiməli gecə ilə bitməmişdi. Demək olar ki, uşaqlar müharibə dövründə hər gün düşmənin döyüş meydanından kilometrlərlə uzaqda yerləşən yaşayış yerlərimizi atəşə tutması nəticəsində ölümlə üz-üzə qalmış, savaşın ağrı-acısı qətrə-qətrə, zərrə-zərrə iliklərə işləmiş, bu qan-qadanın bir parçasına çevrilmişdilər...

Bütün müharibə uşaqları kimi Fəxrinin də taleyinə bu acı qismət yazılıbmış. Müharibə dəhşətlərinin canlı şahidinə çevrilən məktəbli bir daha həmin anları yaşamaq istəmir: “Atəş səslərindən qulaq tutulurdu. Hər gün qorxulu anlar yaşayırdıq. Elə bilirdim ki, evimizə bomba düşəcək və hamımız öləcəyik. Bombalar atılmayanda, susanda belə hər an dəhşət içində olurduq. Anam deyir ki, müharibə vaxtı gecələr rahat yata bilmirmişəm. Yatağımdan durub qaçırmışam. Amma indi yavaş-yavaş o qara kabuslardan qurtuluram, qorxularım azalıb. Bunun hamısı aldığım psixoloji dəstəkdən sonra baş verib”.

 

2200-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub

 

Müharibə uşaqlarının hamısı bir-birinə oxşayır - taleləri, nisgilləri, qarşılaşdıqları dəhşətlər, gözlərindəki qəhər anı... Bu, onların taleyinə yazılmış alın yazısıdır.

Ağdamın Ayaq Qərvənd kəndinin sakini olan Fəxri Səfərov da onlardan biridir. İkinci Qarabağ müharibəsi zamanı yaşadığı mənzərə, eşitdiyi vahiməli, dəhşətli partlayış səsləri onun da psixoloji durumuna təsirsiz ötüşməyib. Lakin bu gün Fəxrinin gözlərində o qorxunun, təlaşın əlamətləri o qədər də hiss olunmur. Dediyinə görə, bu, müharibədən sonra onlara göstərilən psixoloji dəstək sayəsində baş verib. Bu tədbirlər təkcə onun yox, kəndlərində çox uşağın psixoloji durumuna müsbət təsiri göstərib.

Bu tədbirlər müharibə zamanı cəbhə zonasına yaxın ərazilərdə yaşayan, eləcə də atəşə tutulan digər şəhər və rayonlarda qalan uşaqlara aid “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində reallaşır. Ağdama səfərimizin məqsədi də, bu layihə çərçivəsində həyata keçirilən tədbirlərlə tanış olmaq idi.

Ayaq Qərvənd kəndi tam orta məktəbinin həyətində “ASAN könüllüləri”nin müşayiəti ilə bir qrup məktəbli toplarla əyləncəli oyunlar nümayiş etdirirdilər. Üzlərindən gülüş və sevinc hissləri duyulurdu.  

Layihə ilə bağlı məlumat verən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bildirdi ki, “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi “ASAN Könüllüləri” Təşkilatı və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Layihə müharibədən zərərçəkmiş ərazilərdə yaşayan uşaqlara “ASAN” könüllüləri tərəfindən əlavə dəstək fəaliyyətləri, UNICEF-in Azərbaycan nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə təşkil edilir.

Layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixo-sosial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə əsasən Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələri əhatə edir. O cümlədən, şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrinin övladlarında travmatik və ya stresli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixo-sosial reabilitasiya işinə 2020-ci ilin noyabr ayından başlanılıb.

 Təşkilatçılar tərəfindən layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram hazırlanıb, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüzünlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı təlimatlar üzrə metodiki kurslar təşkil olunub. Bu günə kimi layihə çərçivəsində qeyd olunan ərazilərdə yaşayan 1200-dən çox ailə ziyarət edilib və 2200-dən çox uşağa ilkin psixoloji yardım göstərilib. İlkin psixoloji yardım göstərilmiş uşaqların 40 faizinə ehtiyacı üzrə əlavə psixoloji müdaxilə işləri həyata keçirilir və bu fəaliyyətlərin 2021-ci ilin aprel ayınadək davam etdirilməsi nəzərdə tutulub.

26 “ASAN” könüllüsü isə UNICEF-in fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulan istirahət və əyləncə fəaliyyətləri üzrə təlim keçib və Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Gəncə və Goranboy şəhərlərində 2500-dən çox uşağın iştirakı ilə tədbirlər reallaşdırılıb.

 

Müharibə dəhşətləri: silinməz izlər və “basdırılmış qorxular”...

 

Layihəyə cəlb olunmuş psixoloqlardan Ramin Allahverdiyev və Orxan Oruczadə ilə söhbət zamanı bəlli oldu ki, mütəxəssislər fərdi şəkildə evlərə baş çəkib müharibə zamanı travma almış uşaqları müəyyənləşdirirlər. Sonra isə uşaqlarda müşahidə olunan travmanın şiddətinə uyğun olaraq onları qrup və ya fərdi terapiyaya yönləndirib yaranan psixoloji problemi aradan qaldırmağa çalışırlar. Psixoloqlar deyirlər ki, müharibə əsasən uşaqlarda qorxu hissi, yuxu və iştah pozuntusu, müxtəlif narahatçılıqlar yaradıb.   

Cəbhə bölgəsində müharibədən təsirlənmiş uşaqların psixoloji durumlarının sabitləşdirilməsi istiqamətində çalışan psixoloqlar deyirlər ki, birbaşa müharibənin içində olan, savaş dəhşətlərini görən uşaqların yaşadıqları travmalar gələcək həyatlarına təsir göstərə bilir. Amma bu cür layihələrin reallaşdırılması gələcəyimizin təminatçısı sayılan uşaqların daha psixo-sağlam, cəmiyyətimiz üçün isə daha faydalı insan kimi yetişməsinə kömək göstərir.

Psixoloq Orxan Oruczadə deyir ki, uşaqlar müharibəni böyüklər kimi dərk etmədikləri üçün həyatlarını qorxu və özlərinimüdafiə instikti üzərində qururlar. Eşitdikləri partlayışlar, vahiməli səslər, qanlı hadisələr onların psixikasına hansısa iz salır. Müharibdən sonra uşaqlarda ən çox müşahidə edilən hallar isə daha çox “basdırılmış qorxular”dır. Bu, onlarla fərdi söhbətlər zaman aşkarlanıb: “Uşaqlarla söhbət edərkən onlar adətən, Azərbaycan əsgərinin qələbəsindən, hərbçilərimizi, tanklarımızı görərkən sevindiklərindən danışsalar da hiss olunurdu ki, qorxu hissləri də var. Bu da “basdırılmış qorxu” hissləridir. Bu hisslər uşaqlarda yuxu pozuntusu, qarabasmalar, ünsiyyət çətinlikləri yaradır. Biz də çalışırıq ki, uşaqların bu hissləri aradan qalxsın. Müharibənin onlara görtərdiyi təsirlər minimallaşsın. Ona görə də onların bu qorxudan azad olmaları üçün seanslar, əyləncəli proqramlar təşkil edirik. Bu işdə bizimlə barabər “ASAN könüllüləri” uşaqlara böyük dəstək olurlar”.

Layihəyə cəlb olunan uşaqların əvvəlki və hazırkı durumlarını qiymətləndirən Orxan Oruczadənin sözlərinə görə, 44 günlük Vətən müharibəsindəki Şanlı qələbəmiz uşaqların yaşadıqları və gələcəkdə yaşaya biləcəkləri problemlərin böyük bir hissəsinə müsbət təsir göstərib. Çünki bu uşaqlar 1990-cı illərin uşaqlarından fərqli olaraq qələbə dövrünün, qalib dövlətin uşaqlarıdırlar. Bu da hardasa, onların psixoloji vəziyyətlərinə müsbət təsir göstərir: “Əvvəlki dövrlərdə uşaqlara hər hansısa rəsm çəkməyi xahiş edəndə, adətən, tank şəkili, yanan hərbi texnika, qan izləri, göy üzünü almış qara buludlar çəkirdilər. İndi isə əksər uşaq əsgər şəkili, üzərində bayraq dalğalanan evlər, günəşli səma, güllü-çüçəkli həyət şəkilləri çəkirlər. Bu da onların artıq psixikasında müəyyən müsbət irəliləyişlərin olduğunu göstərir”.  

 

Müsbət irəliləyişlər var

 

Layihənin həyata keçirilməsi məqsədlərini dəyərləndirən UNICEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşı Vüqar Salmanov isə deyir ki, “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi UNICEF-in qlobal olaraq uşaq müdafisəi proqramının əsas hissələrindən birini təşkil edir. Burada əsas məqsəd müharibədən, fövqəladə hallardan zərərçəkmiş uşaqların psixoloji durumunun yaxşılaşdırılması, adapdasiyasının dəstəklənməsidir: “Bu proqram uşaqların psixologiyasına müsbət təsir göstərir. Çünki adətən, müharibə vəziyyətində yaşayan uşaqlarda psixoloji gərginliklər yaşanır. Bu hallara da vaxtında müdaxilə etmək lazımdır ki, uşağın daha sonra emosional-psixoloji sağlamlığı, təhsil alması üçün problemlər yaşanmasın. Çox təəssüf ki, bir çox cəbhəyanı rayonlarımızda uşaqlar müharibədən zərər çəkiblər, psixoloji travmalar alıblar. Bu gün həyata keçirilən layihə isə uşaqlara çox böyük kömək, dəstək verir və sevindirici haldır ki, artıq psixoloji travma alan bir çox uşaqda müsbət irəliləyişlər var. Həm peşəkar psixoloqların uşaqlarla ünsiyyəti, həm də “ASAN könüllüləri”nin təşkil etdiyi əyləncəli proqramlar sayəsində uşaqlar stresdən çıxır və özlərini xoşbəxt hiss edirlər”.

Vüqar Salmanovun sözlərinə görə, daha çox travma almış uşaqla ilkin psixoloji yardım proqramı çərçivəsində bir neçə dəfə fərdi məşğələlər aparılır. Əgər hiss olunsa ki, uşağın travması daha dərindir, o zaman həmin uşaq intensiv məşğələyə cəlb edilir. Təbii ki, bir müddət sonra bunun müsbət nəticəsi özünü büruzə verir.

Fəxri Səfərovun durumu da bir daha deyilənləri təsdiqləyir. Gündüzlər özünə qapılan, gecələr qorxusundan yata bilməyən bir uşağın bu gün sinif yoldaşları ilə şən əhvali-ruhiyyədə əylənməsi göstərir ki, layihə çərçivəsində reallaşdırılan proqramlar uşaqların psixoloji durumuna çox müsbət təsir göstərməkdədir. Ona görə layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixo-sosial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həm “ASAN” könüllülərinin, həm də layihəyə cəlb edilən psixoloqların böyük əməyi sayəsində müharibə dəhşətlərini yaşamış uşaqların psixoloji durumunun yaxşılaşdırılması çox yüksək dəyərləndirilməlidir.

 

Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!